-`Sağlam olaq..

22 Kasım 2015
1 002
2
-`Sağlam olaq..
-`Sağlam olaq..



Siqareti tərgitmək üçün



Bəzən siqareti tərgitmək üçün möhkəm iradə sahibi olmaq kifayət deyil. Bəzi kəslər nə qədər möhkəm, dözümlü olmuş olsalar belə siqaret çəkməkdən vaz keçə bilmirlər. Bunun üçün sizə çox bəsit və sınaqdan çıxarılımış bir resepti təqdim edirəm:

Apteklərdə satılan qurudulmuş bağayarpağının üstünə 0,5 litr qaynar su töküb, 2 saat yerdəmi almasını gözləyin. Bu dəmləməni gün ərzində az-az için. Yeri gəlmişkən hər dəmləmə üçün cəmi bir çimdik bitki götürülür.

Müalicə kursu təxminən 3 ay davam edir. Bu müddət ərzində bağayarpağının köməyi ilə insanda siqaret çəkmək istəyi tamamilə keçib gedir.








Ağrı əleyhinə çövhər

Osteoxondrozdan, radikulitdən, revmatizmdən, artrit və artrozdan çoxları əziyyət çəkir. Bütün bu xəstəliklərə qarşı sınaqdan çıxarılmış bir vasitəni sizlərlə bölüşürəm:

50 qram kamfora yağı və bir o qədər xardal tozu götürün. Ayrıca bir qabda 100 qram yumurta ağını (təxminən 2-3 yumurta) köpüklənənədək çalın. Əvvəlcə kamforanı1,5 litr araqla həll edin, ardınca da xardal tozunu və çalınmış yumurta ağını əlavə edin. 7 gün saxlayandan sonra cövhər hazırdır.

Hər gün axşam yatmazdan əvvəl, ağrıyan nahiyyəyə sürtüb ovuşdurun, üstündən də isti sarğı qoyun.








Qıcqırmaya qarşı kartof şirəsi

Kartof şirəsinin müalicəvi xüsusiyyətləri çoxdan məlumdur. Təzə sıxılmış şirə mədə şirəsinin turşuluğunu normaya salır. Əgər turşuluq yüksəkdirsə azaldır, aşağıdırsa artırır. Bunun üçün yaxşı yuyulmuş kartofun qabığını soymadan şirəçəkən maşında sıxıb, ya da ətçəkən maşında çəkib, sonra əl ilə suyunu sıxırlar. Kartof şirəsi hazır olan kimi onu içmək lazımdır. Yaxşı olar ki, şirəni gündə 2 dəfə yeməkdən əvvəl yarım stəkan içəsiniz. Müalicə kursu təxminən 1-2 ay davam edir. Təbii ki, müalicəyə ara verməmək şərtilə... Amma buna dözmək olar. Çünki müalicənin effekti uzun müddət davam edir.

Əslində kartof şirəsini xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı da qəbul etmək olar. Şirə mədədəki ağrını aradan qaldırır, xoranın və selikli qişadakı eroziyanın sağalmasına kömək edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    marakli melumatlardi hamisi ellerine salik
  2. Alev..
    -`Buyurunuz Feat.az-lılar)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.