Qulaqdakı uğultunun səbəbləri

26 Mayıs 2016
11 705
0
Qulaqdakı uğultunun səbəbləri
Xaricdən heç bir səs və ya elektrik qıcığı gəlmədiyi halda qulaqda və ya başda eşidilən cingilti, uğultu və ya gurultu kimi hər hansı səs qulaqda küy adlandırılır.

Qulaqlarda küy ayrıca bir xəstəlik deyil eşitmə sistemindəki hər hansı bir çatışmazlığın əlamətidir. Bu iştahasızlıq, ürəkbulanma, qarında ağrı, başağrı, başgicəllənmə, eşitmənin itməsi kimi bir şikayət olub qulaq-burun-boğaz poliklinikalarında ən çox rast gəlinən şikayətlərdəndir.

Qulaqlarda küy xəstənin həyatı üçün təhlükəli olan bir xəstəliyin ilkin və ya ən qabarıq əlaməti olmasa da yaratdığı psixoloji problemlərlə xəstənin və ailə üzvlərinin həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.

SƏBƏBLƏRİ

Qulaqlarda küyün bir çox səbəbləri ola bilər. Bunların bir qismi qulaq kiri kimi ciddi olmayan səbəblər ola biləcəyi kimi, infeksiya, qulaq pərdəsinin deşilməsi, orta qulaqda maye toplanması, orta qulaq sümüklərinin oynaqlarının sərtləşməsi, allergiya, yüksək ya da aşağı təzyiq, şiş, şəkərli diabet, baş və boyun nahiyəsinin travmaları kimi daha ciddi səbəblər də ola bilər. Qalxanabənzər vəzi xəstəlikləri, baş və boyun travmaları, aspirin və digər ağrıkəsici və revmatizm əleyinə dərmanlar, antibiotiklər və bəzi depressiya əleyhinə dərmanlar da qulaqlarda küyə səbəb ola bilər. Damar xəstəlikləri, səs travmasına məruz qalma və hər hansı səbəbdən kəllədaxili təzyiqin artması zamanı eşitmə siniri təzyiqə məruz qaldığı üçün hər iki qulaqda küy yarana bilər.

Qulaqlarda küyə təsir edən ən vacib səbəblərdən biri də stressdir. Qulaqdakı küy stressə, stress də qulaqda küyə səbəb olur. Müalicə zamanı bu şikayətlərin nəzərə alınması, küyün şiddətinin azalmasına kömək edir.

Kir kimi başa düşülsə də əslində qulağın qoruyucu təbəqəsi olan qulaq kirinin qulaq keçəcəyini qapatması qulaq cingildəməsinin keçib gedən və ən sadə səbəbidir. Qulaq kiri xarici qulaq yolunda təbii olaraq yaranır və bəzi insanlarda miqdarı çox olur. Xarici qulaq yoluna salınan pambıq da buna səbəb ola bilir. Bəzi insanlar bunu təmizlik məqsədi ilə edirlər. Qulaq çöpü, kibrit çöpü və başqa vasitələrlə qulağı təmizləməyə çalışmaq qulaq kirinin qulaq pərdəsinə yaxın hissələrdə toplanmasına və tıxanmaya səbəb olur.

Küy eşitmə problemi ilə yanaşı olduqda orta qulağın, daxili qulağın və beyindəki eşitmə mərkəzinin xəstəlikləri yoxlanılmalıdır. Qulaqlarda küyün səbəbləri fərqli olduğu kimi müalicə üsulları də fərqlidir. Müalicəyə başlamazdan əvvəl şikayətin səbəbinin mütəxəssis həkim tərəfindən aşkarlanması böyük əhəmiyyət daşıyır.

Qulaqlarda küy şikayəti olan xəstələrin əksəriyyətində spesifik bir müalicəyə ehtiyac olmur. Problemin əsl səbəbinin aşkarlanması müalicənin müvəffəqiyyətlə başa çatmasına kömək edir. Tarazlıq sınaqları və dərmanların təyini müalicə metodlarındandır. Qulaqlarda küyün müalicəsi küyə yol açan əsas səbəbin tapılması, yerinin təyin edilməsi və korrektə edilməsi ilə baş tutur.

NƏLƏRƏ DİQQƏT ETMƏLİSİNİZ?

Yüksək səsli musiqiyə qulaq asmayın
Qan təzyiqinizə mütəmadi olaraq nəzarət edin
Yeməklərdə duzun miqdarına diqqət edin
Sinir sisteminə oyadıcı təsir göstərən qəhvə, kola və siqaretdən uzaq durun
İstirahətiniz üçün vaxt ayırın və çox yorulmayın
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.