Çaya bu otdan əlavə etsəniz...

06 Haziran 2016
1 632
0
Çaya bu otdan əlavə etsəniz...
Hamı bilir ki, çay çox faydalı içkidir.

Feat.Az saglamolun.az-a istinadən xəbər verir ki, çay orqanizmə stimullaşdırıcı təsir göstərir, yorğunluğu azaldır, əhval-ruhiyəni yaxşılaşdırır, əlavə enerji verir, əqli fəaliyyəti stimullaşdırır, yüngül sidikqovucu təsirə malikdir, xərçəngəleyhinə təsir edir.

Qara çayla müqayisədə yaşıl çay daha faydalı sayılır.

Çayı (həm qara, həm də yaşıl) daha da faydalı etmək üçün ona müxtəlif müalicəvi otlar, ədviyyatlar (hil, mixək və s.) əlavə olunur.

Kəklikotulu çay çox dadlı və faydalı müalicəvi içkidir.

- Kəklikotulu çay qan dövranını yaxşılaşdırır, əqli fəaliyyəti yaxşılaşdırır.
- Soyuqdəymə zamanı belə çay çox yaxşı iltihabəleyhinə təsir göstərir, xəstənin vəziyyətini yaxşılaşdırır.
- Kəklikotulu çayı baş ağrılarını azaldır.
- Mədə pozulmaları zamanı belə çay qarın "yığır", büzücü və mikrobəleyhinə təsir edir.
- İmmun sistemini möhkəmləndirir.
- Orqanizmi təmizləyir.
- Nəfəs yollarını selikdən, mikroblardan təmizləyir.
- Sistit zamanı yaxşı müalicəvi təsir göstərir.

Ev şəraitində kəklikotulu çayı hazırlamaq üçün qara və ya yaşıl çay dəmlədikdə çaydana 1 çimdik quru kəklikotu əlavə edin, 7 dəqiqə ərzində dəmləyin və sonra için.
Nəzərə almaq lazımdır ki, belə çayı daim qəbul etmək olmaz
Əvvəlki Xəbər Növbəti Xəbər