Qol altı qaralmaların həll yolları

06 Haziran 2016
4 064
3
Qol altı qaralmaların həll yolları
Qadınların ən böyük problemlərindən biri məhz qol altı qaralmalardır. Çünki estetik gözəlliyə kölgə salan və çirkin görünən bir vəziyyətdir. Qolsuz bir paltar geyindikdə qol altındakı qaralmalar çox pis görünür. Bəs bunu aradan qaldırıb qüsursuz gözəlliyə sahib olmaq üçün nə etmək lazımdır? Havalar istiləşməyə başlayır, şkafın gözündən qolu açıq geyimlərimizi çıxarmağın zamanı yavaş-yavaş gəlir. Qolu açıq geyimlərinizi rahatlıqla, heç bir kompleks olmadan geyinməyiniz üçün sizə qol altı qaralmaları aradan qaldırmaq üçün təbii həll yolları təqdim edirik.

Qol altı qaralmasının səbəbləri
Qoltuq altı bir çox səbəblərdən tünd rəngdə ola bilər:
Tər əlehinə olan vasitələrin tərkibindəki kimyəvi vasitələr qol altının rənginin tündləşməsinə səbəb ola bilər.
Qol altı tüklərin ülgüc kimi vasitələrlə tez-tez təmizlənməsi nəticəsində tündləşmə baş verə bilər.
Çox tərləyən insanların qoltuq altları da tündləşir.
Qol altının ağartmağın yolları
Qol altını ağartmağın müxtəlif çarələri var. Amma ən yaxşı çarələr məhz təbii olanlardır. Bu məqsədlə limon, xiyar suyu daha yaxşı həll yolu ola bilər. Amma başqa həll yolları da var ki, sizin köməyinizə gələ bilər.
Soda: Demək olar ki, bütün mətbəxlərdə olan qida sodası qolaltını ağartmaq üçün olan vasitələrdəndir. İstifadə edərkən qolaltını zədələməz və əks reaksiyaya səbəb olmaz. Bir pambığa sodanı əlavə edərək qol altınızı silə bilərsiniz.
Qabartma tozu və su: Qol altınızı fırçalamaq üçün qabartma tozu və su istifadə edə bilərsiniz. Gündəlik olaraq qol altınızı fırçalasanız həm bu hissədəki dəri rənginizi aça bilərsiniz, həm də, dərinizi ölü hüceyrələrdən təmizləmiş olarsınız. Eyni zamanda qabartma tozu, un, limon suyu və sarıkökün qarışığından alınan həlim də, işinizə yaraya bilər. Bu qarışımı qol altınıza çəkib quruyana qədər gözləyirsiniz və sonra soyuq su ilə yuyursunuz.
Qabartma tozu və limon suyu: Limon qabartma tozu ilə dəri rəngini açır. Onları qarışdırın, məcun halına salın. Sonra qoltuq altına çəkin, bir neçə dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Qabartma tozu və gül suyu: Gül suyu ilə qabartma tozunu qarışdıraraq qalın bir məcun əldə edin. Qoltuq altına çəkdikdən sonra qurumasını gözləyin. Quruduqdan sonra ilə ilıq su ilə təmiz yuyun.
Təqdim etdiyimiz bu vasitələrdən hər hansı birini etsəniz yaxşı nəticə əldə edəcək, estetik cəhətdən dərinizin gözəlliyini pozan problemdən azad olacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ALA GOZ
    Soda kömək edər başkası yox
  2. Agaeva
    Tewekurler
  3. ALA GOZ
    Tewekkurler melumataa gore
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.