Ramazanda 17 saat aclığı hiss etməmək üçün nə yeyək?

08 iyun 2016
1 275
1
Ramazanda 17 saat aclığı hiss etməmək üçün nə yeyək?
Ramazan ayı bu il də yayın ən isti günlərinə təsadüf edir. Havaların isti keçməsi, 17 saat müddətində ac-susuz qalmaq oruc tutan insanların sağlamlığı ilə bağlı bəzi sualların yaranmasına səbəb olur. Bu halda oruc tutanlar heç bir problemlə qarşılaşmamaq üçün necə qidalanmalı, orqanizmi yetərincə maye ilə təmin etmək üçün nə etməlidirlər?

Feat.Az-ın məlumatına görə, ANS PRESS-in bu barədə suallarını dietoloq Tutu Zeynalova cavablandırıb. Onun sözlərinə görə, Ramazan ayında elə qidalanmaq lazımdır ki, orqanizm ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein ve yağları yetərli miqdarda ala bilsin.

Oruc tutan insanların imsaqda və iftarda orqanizmi mümkün qədər su ilə təmin etmələrinin vacib olduğunu söyləyən dietoloq əks halda bunun ciddi fəsadlarının ola biləcəyini diqqətə çatdırıb.

"Gündə ortalama 1.5-2.0 lt. su içməyə çalışmaq lazımdır. Çünki gün ərzində içilməyən suyu iftardan sonra da içməsəniz halsızlıq, yuxululuq, həzm problemləri, mədə ağrıları yarana bilər. Həmçinin maye çatışmazlığı qan təzyiqinin aşağı düşməsinə gətirib çıxara bilər. Maye itkisi həm də iş qabiliyyətinin də aşağı düşməsinə səbəb ola bilər".

Onun sözlərinə görə, imsaqda yumurta, süd, qatıq, pendir kimi qidalardan ibarət yüngül bir səhər yeməyi yemək məsləhətdir. Bundan başqa şorba, tərəvəz və zeytun yağında hazırlanan yeməklərdən ibarət qida seçimi də edilə bilər. Ancaq gün ərzində həddindən çox aclıq problemi olanlar paxlalı birkilərdən, mərcimək, bulgur plovu kimi yeməklər istifadə edə bilərlər.

"Yeməkləri tez-tez yemək olmaz. Yavaş-yavaş yaxşıca çeynəyərək yeyilməlidir"-deyə dietolaq vurğulayıb.

Gün ərzində gərgin iş qrafikində işləyən və həddindən artıq tərləyən şəxslərin itirdiyi mineralları bərpa etmələri üçün iftarda duzlu ayran içmələri, fosfor itkisinin bərpa etmək üçün qırmızı ət əvəzinə balıq yemələri məsləhət görülür.

Həddindən artıq yağlı, duzlu və ağır xəmir yeməklərdən uzaq durmaq məsləhətdir. Bunlar nəinki sizi uzun müddət tox saxlamayacaq, gün ərzində həzm problemləri və susuzluqla daha çox qarşılaşmanıza səbəb ola bilər.

Oruc tutarkən daha az susamaq, daha dözmlü olmaq üçün imsaqda plov, makaron kimi yeməklərdən kənar durmaq lazımdır. Bu cür yeməklər ac qalmağın qarşısını alsa da tez bir zamanda susamağa səbəb olar.

İmsaqda adətən bol meyvə yeyərək orqanizmi gün boyu su və minerallarla ilə təmin etmək mümkündür. Ramazan boyunca imsaqda çay və qəhvə kimi içkilərdən uzaq durun. Biz sözlə imsaqda ən çox meyvə suları, təbii sulardan istifadə etmək məsləhətdir.

İftar zamanı isə boş mədəni birdən yükləmək olmaz. Orucu yüngül yeməklərlə açmaq lazımdır. Məsələn, bir şorba və bir dilim çörəklə başlamaq olar. Bir qədər ara verdikdən sonra digır yemək istədiyiniz qidaları yemək olar.

Mütəxəssislər oruc tutan insanlara gün boyu ac qalmamaları üçün imsaqda yulaf kimi qidalardan istifadə etməyi məsləhət görür. Uzun müddətli toxluğu təmin edən qidalar həzmi uzun çəkən qidalardır. Məsələn ağ çörək yerinə kəpəkli çörək yemək tox qalmağı təmin edə bilər. Eləcə də istər bişmiş, istərsə də çiy halda tərəvəz, mütləq qida rasyonuna əlavə olunmalıdır. Əsas odur ki, yemək hazırlanarkən onun tərkibindəki yağın miqdarı düzgün seçilsin.

Ortalama 4-5 qaşıq tərəvəz yeməyində 1 çay qaşığı yağın olması düzgün hesab edilir.
RƏYLƏR
ALA GOZ
Hə bilirəm.Allah razı olsun xəbərə görə
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (23)
21:00
632

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (23)

18.08.2019 Gündəlik Bürclər (18 Avqust 2019 Günlük Bürclər)
20:00
1 688

18.08.2019 Gündəlik Bürclər (18 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (234)
19:00
667

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (234)

Kitabə Yazılı Şəkilləri 2019 (1)
18:00
502

Kitabə Yazılı Şəkilləri 2019 (1)

Mən vidalaşmağı belə bacarmıram - Əlvida!
17:00
240

Mən vidalaşmağı belə bacarmıram - Əlvida!

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
279

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sevgilim Yazılı Şəkilləri 2019 (51)
15:00
693

Sevgilim Yazılı Şəkilləri 2019 (51)

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI
14:00
115

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI

Bürclər Haqqında Maraqlı Məlumatlar (576) - Fotolar
13:00
448

Bürclər Haqqında Maraqlı Məlumatlar (576) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ