Çəkiyə görə gündə nə qədər su içmək lazımdır?

09 Haziran 2016
1 927
0
Çəkiyə görə gündə nə qədər su içmək lazımdır?
Sağlamlığınız üçün hər gün mütləq su içmək lazım olduğunu bilirsiniz. İçməli olduğunuz suyun miqdarı isə çəkinizlə mütanasibdir. Çəkinizə görə gündə içəcəyiniz su miqdarı haqqında sizə məlumat veririk.

Bəzi insanların etdiyi ən böyük səhv su əvəzinə digər içəcəkləri içmələridir. Sağlam metabolizma üçün hər gün müəyən miqdarda su içmək lazımdır. İçəcəyiniz suyun miqdarı isə çəkinizə görə dəyişir. Günlük içəcəyiniz suyun miqdarını bilmirsinizsə aşağıdakı cədvəl sizə kömək edə bilər:
Çəkiyə görə günlük su ehtiyacı

Çəki Gündəlik su ehtiyacı (ml)


36 – 1,182

45 – 1,478

54 – 1,774

63 – 2,070

72 – 2,365

81 – 2,661

90 – 2,957

99 – 3,253

108 – 3,548

117 – 3,844

127 – 4,140

136 – 4,436

145 – 4,731

Əgər gündəlik içəcəyiniz suyun miqadarı qədər su və ya sadə su içmək istəmirsinizsə, o zaman içdiyiniz suyun içərisinə bir limon dilimi və ya istənilən meyvəni atıb içə bilərsiniz. Bu həm görünüşü gözəlləşdirəcək, həm də suyu canlandıracaq. Mütəxəssizlərin rəyinə görə adicə bir yaşıl, təravətli yarpaq belə içdiyimiz suyu canlandıra bilir. Çalışın içdiyiniz suya da diqqət edin. Qaynadılmış və ya süzülmüş su içməyin. Gecədən dondurucuda dondurulmuş suyu səhər tezdən qoyun donu açılsın. Don açılan zaman görəcəksiniz ki, suyun dibində nə qədər lazımsız maddələr yığışıb. Suyun təmiz hissəsini ayrıca qaba alıb, gün ərzində onu için. Bu daha faydalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.