Sizi Daha Güclü İnsan Edəcək 5 Xoşagəlməz Həqiqət

11 Haziran 2016
2 114
0
Sizi Daha Güclü İnsan Edəcək 5 Xoşagəlməz Həqiqət
Həyatımızda bir məqam yetişir ki, dünyanın kədərli həqiqətlərini qəbul etmək bizə ancaq yolumuza daha güclü insan olaraq davam etməkdə kömək edə bilər. Bəzilərimiz bu həqiqətləri daha erkən öyrənsək də, bir çoxu onları vədəsi yetişəndə dərk etməyə başlayır. Bu həqiqətləri nə vaxt öyrənməyinizdən asılı olmayaraq, onların sizi ruhdan düşürməsinə icazə verməmək, əksinə daha güclü olmanıza dəlalət etməsinə çalışmağınız lazımdır. İstənilən halda, həqiqət hər şeydən əhəmiyyətlidir.


Beləliklə, qəbul etdiyinizdə həyatınızı asanlaşdıracaq 5 həqiqətlə tanış olaq.

1. Həyatından heç vaxt 100% razı qala bilməyəcəksən

Nə qədər uğurlu olmağından və ya nə qədər çox pul qazanmağından asılı olmayaraq, heç vaxt tam olaraq həyatından razı qala bilməyəcəksən. İnsanın təbiəti belədir. Yəni bu həqiqətə görə narahatçılıq keçirməyə dəyməz. Sadəcə yadında saxla ki, hər yeni gün yeni arzularla gəlir və bu da çox normaldır. Bəzi şeylərdə kompromisə getməyi öyrənmək bu hissi aradan qaldırmağın ən yaxşı yoludur.

2. Həyat ədalətli deyil

Bəli, həyat sənə elə vaxtda limon verəcək ki, sən bunu həmin məqamda heç də gözləmirdin. Bu sərt həqiqəti nə qədər tez qəbul eləsən, bir o qədər bu kimi vəziyyətlərə daha hazır ola biləcək və onlardan çıxmağın yollarını öyrənəcəksən.

3. Bəzən uğursuzluq qaçılmazdır.

Heç vaxt hər hansı bir işin 100 faiz uğurlu olduğunu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Bəzi məsələlərdə uğursuzluğa düçar olmaq qaçılmazdır və bunu tamamilə normal qəbul etmək səni əlavə başağrısı və stressdən xilas edəvək.

4. Sən təcrübəylə böyüyürsən.

Təcrübə sənə daima yeni şeylər öyrədəcək. Həyatın get-gedə asanlaşacağını və ya əksinə çətinləşəcəyini demək qeyri-mümkündür. Müəyyən mərhələlərdə həyatın fərqli simalarını görəcəksən və bu da daha sonrakı həyatında sənə yararlı olacaq yeni şeylər öyrənməyinə kömək edəcək.

5. Həyat yalnız səndən nə ala biləcəyi ilə maraqlanır.

Əgər sən cəmiyyətdə kifayət qədər sevildiyini və ya sevilmədiyini müşahidə edirsənsə, bunun bir səbəbi var: insanlar daima bir-birindən nəsə gözləyirlər və bu gümanları doğrulmayanda üzlərini döndürməkləri heç nə tələb etmir. Onlar ev tikməli, yaxşı qidalanmalı, əylənməli, seksual istəklərini həyata keçirməlidilər. Dünya qəddardır, lakin bütün bunlara baxmayaraq sənin vaxtına dəyər verən və sənin də vaxtını sərf etməyinə layiq olan insanlar hər zaman mövcuddur. Bütün cəmiyyətdən hər hansı bir xoş davranış gözləmək əvəzinə, öz insanlarına köklənmək ən düzgün yoldur.
pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.