Havanı təmizləyən 3 bitki
Feat.Az havanı təmizləyən 3 bitkini təqdim edir:
1. Aloe
Aloe uzun illərdən bəri xalq təbabətində müxtəlif məqsədlər üçün istifadə edilib. Aloe bitkisi havanı təmizləyir. Otağın böyüklüyünü nəzərə alaraq bir neçə aloe dibçəyindən istifadə edə bilərsiniz. Bu bitkiyə qulluq da çox zəhmət tələb etmir. Çünki suyu sevmir, həftədə bir dəfə sulamaq kifayət edəcək.
2. Sarmaşıq
Sarmaşığı adətən divarların üzərində görməyə öyrəşmişik. Ancaq bu bitkini qapalı məkanlarda da saxlamaq olar. Həmişəyaşıl bitki olan sarmaşıq otağınızın havasını təmizləyərək, ağciyərlərinizin daha sağlam olmasını təmin edəcək. Xüsusilə ofisdə sarmaşıq saxlamaq çox faydalıdır. Çünki onun təmin etdiyi təmiz hava bədənin daha çox oksigen qəbul etməsinə, həmçinin beyinə daha çox oksigen çatdırılmasına səbəb olacaq.
3. Kala
Bu bitki işıq və su tələb etmir. NASA tərəfindən aparılan araşdırma sübut edib ki, bu bitki mühitdəki formaldehit və ammonyak elementlərini təmizləyir.