Ömrü uzadan qidalar - SİYAHI

22 Haziran 2016
1 611
0
Ömrü uzadan qidalar - SİYAHI
Harvard Universitetinin alimləri müntəzəm qəbul edildikdə, insan ömrünü uzadan ərzaqların siyahısını hazırlayıb. Bu araşdırmalarda 30 min insan iştirak edib. Ekspertlər iddia edirlər ki, bu siyahıdakı qidalardan düzgün şəkildə istifadə edərək ömrü 5 il uzatmaq mümkündür. Sağlam həyat tərzi bizə cavan qalaraq uzunömürlü olmağın birinci şərtidir.

Artıq cavan qalaraq uzunömürlü olmaq xəyal deyil. Daha sağlam olmaq və uzun illər sağlamlığınızı qorumaq öz əlinizdədir. Bunun üçün nə yediyinizə və içdiyinizə diqqət etməlisniz.

1. Birinci yerə alimlər meyvə və tərəvəzləri layiq biliblər. Ancaq alimlər tərəvəzlərin rəngbərəng olmasını xüsusi vurğulayırlar. Tərəvəzlər maddələr mübadiləsinin normal getməsinə və arıqlamağa kömək edir. Hətta gündə 3 porsiya tərəvəz yemək infarkt riskini 42 faiz azaldır.

2. Siyahının ikinci yerində tərkibində katexin olan yaşıl çay qərarlaşıb. Bu üzvi maddələr həzm sistemində xərçəng əmələgəlmə təhlükəsini 20 faiz azaldır. Alimlər qeyd edirlər ki, profilaktika üçün gündə 1 fincan yaşıl çay içmək kifayət edir.

3. Siyahıda 3-cü yerdə sitrus bitkiləri - portağal, limon, qreypfrut dayanır. Bu meyvələr qanda xolesterini aşağı salmağa kömək edir.

4. Daha sonra siyahıda düyü, küncüt, yulaf, paxla, yer kökü, badımcan, şirin bibər, püstə və çay kimi qida maddələri yer alıb.

5. Alimlər bildirirlər ki, insan ömrünü uzadan ən təsirli içki qəhvədir. Gündə 1 fincan qəhvə ömrü təxminən 2 ilə qədər uzadır. Ancaq unutmayın ki, qəhvəni çox içmək olmaz. Əks təqdirdə ömrünüzü uzatmaq yerinə qısalda bilərsiniz.
tabloid.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.