Ev şəraitində Fanta hazırlanması

25 Haziran 2016
3 701
2
Ev şəraitində Fanta hazırlanması
Fanta nədən hazırlanır? Hər halda bu reseptdə ziyanlı əlavələrdən, rəngləndiricilərdən və s. istifadə olunmur :)

Fantanın tərkibi:


Portağal (böyük) — 4 əd.
Limon – 1 əd.
Su — 700 ml.
Qazlı su (məsələn: BonAqua) 500 ml.
Şəkər — 150 qr. yaxud zövqə görə

Hazırlanması:


Meyvələr yaxşı yuyulur ilıq suda, təmizlənir.
Bıçaqla qabıqları soyulur, meyvənin şirəsi sıxılır.
Meyvənin qabıqları və şirəsi qazana əlavə olunur.
Şəkər əlavə olunur, 700 ml qaynar su tökülür, 1-2 dəq. ərzində qaynadılır, soyudulur və 4-5 saatlıq qoyulur soyuducuya.
Sonda ələkdən süzülür , qazlı su ilə qarışdırılır və süfrəyə verilir. Təbii və faydalı!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. lenkeranka
    hmm gerek hazirlayam gorum nece alinacag resepte gore tesekkurler
  2. Bella
    • Bella
    • 25 Haziran 2016 20:48
    Əslində ev şəraiti daha yaxşıdır. Bilirsən ki, nə var tərkibində. Ancaq özüm də daxil olmaqla, fantanı mağazadan alırıq. Bu da yəqin ki, tənbəl olmağımızdan, fantanı hazırlama qaydasını bilməməyimizdən irəli gəlir. Təşəkkür
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.