Adi çay içməkdən yorulmusuz? Meyvəli çay dəmləyin

16 Temmuz 2016
1 220
0
Adi çay içməkdən yorulmusuz? Meyvəli çay dəmləyin
Adi çay içməkdən yorulmusuz? Meyvəli çay dəmləyin

Meyvəli çayı zövqünüzə, fantaziyanıza uyğun istənilən meyvələrdən hazırlaya bilərsiz.Amma bəzi qarışıqlar var ki, onu nəzərə alın:
Giləmeyvələr – böyürtkən, çiəyələk, moruq
Alma, darçın, armud
Manqo, banan
Üzüm, quru meyvələr, alma
Şaftalı, darçın, alma
Mixək, üzüm, xurma
Çiyələk, darçın, zəfəran, gilənar
Əgər yüksək təzyiq varsa, limon ata bilərsiz, aşağı təzyiqi olanlara limon məsləhət deyil. Hazırlanması:
Dəm çayniki qaynar su ilə isidilir. Sonra lazımi qədər meyvə çaydana yığılır, nəzərə alın ki, adi qara çaya nisbətən meyvələr az rəng və dad verir. Ona görə meyvə çox olmalıdır. Meyvələrin üzərinə tam qaynar yox, sadəcə isti su alınır ki, qaynar su efir yağlarını buxarlandırır. Meyvə çayı dad alsın deyə, 10 dəqiqə dəmlənir.
Meyvə çaylarını həm isti, həm soyuq içmək olar. Bu çayla istənilən deserti masaya vermək olar. Təzə meyvələr kimi istənilən quru meyvə kompozisiyasından da çay hazırlaya bilərsiz. Özünüz üçün yeni çaylar kəşf edin.
Nuş olsun!
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET