Duxovkanı necə təmizləyək?

16 Temmuz 2016
2 001
0
Duxovkanı necə təmizləyək?
Duxovkanı necə təmizləyək?

Duxovka mətbəxdə tez çirklənən və çətin təmizlənən avadanlıqdır, deyə bilərik. Xüsusilə də toyuq, tomatlı yemək bişirdikdən sonra divarlarına, şüşəsinə sıçrayan yağ ləkələri bərkiyir və xanımların işini çətinləşdirir. Bəs duxovkanı asan qaydada necə təmizləmək, təzə halına salmaq olar? Bu mövzuda bir neçə üsul olsa da, biz onlardan biri və daha sadəsini sizə təqdim edirik: Lazım olacaq: Duru sabun – ½ st.
Çay sodası – 1,5 st.
Ağ sirkə - ¼ st. (Tapa bilməsəniz, alma sirməsi ilə əvəz edə bilərsiniz)
Su – lazım olacaq qədər
Həmin vasitələri qarışdırıb, su əlavə edirsiniz. Diş məcununa oxşar məhlul alınmalıdır.
Əvvəlcə duxovkanın tavasını və altlığını kənara qoyursunuz.
Fırçanın köməyi ilə məcunu duxovkanın divarlarına və tavanına yaxşıca sürtürsünüz. (!) Amma şüşəsinə (qapağına) sürtmək lazım deyil.Sonra duxovkanı bağlayırsınız və 7-8 saat gözləyirsiniz. Yaxşı olar ki, gecə sürtüb səhərə kimi saxlayasınız.
Səhəri gün bir qab su və bir süngərlə asanlıqla həmin yağ ləkələrin təmizləndiyini görəcəksiniz. Qabdakı su çirkləndikcə dəyişin və təmizləməyə davam edin. İstədiyiniz təmizliyi əldə etdikdən sonra quru bir dəsmal və ya salfet ilə içini qurulayırsınız.Bəs şüşəsini necə təmizləyək, soruşursunuzsa, onu da unutmadıq. Belə ki, 1/4 st. çay sodası ilə suyu qarışdırıb çox duru olmayan məcun hazırlayırsınız. Onu süngərlə duxovkanın qapağına sürtürsünüz. 20 dəqiqə gözləyikdən sonra nəm süngərlə silib yaxşıca qurulayırsınız. Şüşənin tərtəmiz olduğunu görəcəksiniz.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.