Uşaqlığımızdakı plombirin dadı - Resept

28 Temmuz 2016
1 470
0
Uşaqlığımızdakı plombirin dadı - Resept
Ərzaqlar:

Şəkər tozu – 150 qr.
Süd – 0,5 l.
Vanilin – 1 paket
Qaymaq (30-35%) – 300 ml.
Yumurta sarısı – 3 ədəd.

Hazırlanması:


Südü 35-36 dərəcə temperatura kimi isidin. Qazançanı oddan götürüb içinə yumurta sarılarını əlavə edin, qarışdırın. Şəkəri və vanilini əlavə edin, yenə qarışdırın (mikserdə). Qarışığı odun üzərinə qoyun və qatılaşana kimi qarışdırın. Qatılaşdısa, odu söndürün və qarışığı kənarda saxlayın ki, soyusun.
Sonra qaymağı çalırsınız. Onu bayaq bişirdiyimiz və artıq ev temperaturunda olan qarışıqla birləşdirirsiniz, səliqə ilə qarışdırırsınız. Kütləni formaya doldurursunuz və ən azı 3 saat buzlamada saxlayırsınız. Hər saat dondurmanı oradan götürüb, qarışdırır və yenidən qoyursunuz ki, “kristallar” yaranmasın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.