Göz yorğunluğunu aradan qaldıran kompres - RESEPT

30 Temmuz 2016
1 313
0
Göz yorğunluğunu aradan qaldıran kompres - RESEPT
Gün ərzində saatlarla kompüter arxasında otururuq. Bundan ən çox zərər görən və yorulan orqan gözlərimiz olur. Gözləri dincəltməyin bir yolu idman hərəkətləridirsə, digər yolu da göz kompresidir. Feat.Az aile.lent.az-a istinadən göz dincəldən kompres reseptini təqdim edir.

Ərzaqlar:


1 çay qaşığı çobanyastığı

1 çay qaşığı yaşıl çay

2-3 damcı gül suyu

2 ədəd buz

1 stəkan su


Hazırlanması:


Yaşıl çay və çobanyastığını 1 stəkan qaynamış suda 5 dəqiqə saxlayın. İlıq olduqdan sonra süzüb içinə gül suyu və buz əlavə edin. Əldə etdiyiniz qarışıma makiyaj pambığını batırıb gözlərinizin üzərinə qoyun. 10-15 dəqiqə gözləyin. 15 dəqiqə sonra gözlərdəki rahatlığa inanmayacaqsınız.

Hər gün istifadə edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.