Qısa müddətdə saç uzadan, onları gur və parlaq edən kartof maskası

01 Ağustos 2016
2 770
0
Qısa müddətdə saç uzadan, onları gur və parlaq edən kartof maskası
Kifayət qədər vitamin və mineral almadığınız zaman saçlarınızın uzanması yavaşlayar və ucları qırılır. A, B və C vitaminləri xüsusilə saçın sağlam bir şəkildə uzanması üçün çox əhəmiyyətlidir.

Kartofun tərkibindəki minerallar saçlar üçün çox faydalıdır. Bu səbəbdən AzadQadin.az Sizə qısa müddətdə saç uzadan, saç köklərini gücləndirən,sağlam görünüş və parlaqlıq verən kartof maskasını təqdim edir:

Kartofları yaxşıca yuyub qabıqlarını soyun. Kiçik parçalar halında dilimləyin və blenderda qarışdırıb püre halına gətirin. Çox qatı olarsa, bir az su və 1 xörək qaşığı alma sirkəsi əlavə edə bilərsiniz. Bir kasanın içinə incə bir tənzif sərin və qarışığı süzün. Kasada yığılan suyu saçınıza çəkin, 20-25 dəqiqə gözləyin və ilıq su ilə yaxalayın. Bu maskanı həftədə 1 dəfə etməyiniz kifayətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.