Albalılı Peçenye

05 Ağustos 2016
2 333
0
Albalılı Peçenye
Peçenye xəmiri üçün:
[/b]
1/2 paket marqarin
1 stəkanı şəkər tozu
2 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
1 ədəd yumurta
İçlik üçün:

250 qram albalı (çəyirdəyi çıxardılmış)
2 x/qaşığı şəkər tozu

[b]Hazırlanması:

Albalı və şəkər tozunu bir qazana əlavə edərək suyu tam çəkilənə qədər qaynadın. Cem şəklində olduqda ocağı söndürüb soyuması üçün bir kənara qoyun.



Peçenye xəmirinin hazırlanması:


Un və marqarini birlikdə qarışdırın. Şəkər, yumurta, qabartma tozu və vanili xəmirə əlavə edərək qarışdırın.
Xəmiri yoğurmağa davam edin.
Xəmir hazır olduqda üzərini örtərək 30 dəqiqə soyuducuda gözlədin.
Sobaı 160 dərəcə qızdırın.
Xəmirdən parçalar qoparıb, əvucunuzda kündə şəkilli edin.
Xəmirin ortasına albalı cemindən əlavə edərək boxça şəklində bükün. 15 dəqiqə gözlədin.
Üzəri çox rqızılı olana qədər 15-20 dəqiqə bişirin və soyuyunca üzərinə pudra şəkəri səpərək servis edin.
Nuş olsun …
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.