Yayda korlanmış saça parlaqlıq verən 6 maska

05 Ağustos 2016
2 753
0
Yayda korlanmış saça parlaqlıq verən 6 maska
Yay ayları ərzində dəniz, qum, günəş saçı korlayır. Bu masklar isə saçınızı parlaq etməyə kömək edəcək.

1. Parlaqlıq üçün
– Saçı şampunla yuduqdan sonra bir fincan limon suyu ya da sirkəni saça töküb, masaj edərək yaxşıca yeridin. Sonra saçı yaxalayın. Saç kremi çəkin və yaxalayın. Bu saçdakı bütün çirki aparacaq və parlaqlıq verəcək. Bu üsulu 2 həftədən tez təkrarlamayın.

2. Kakao yağı ilə müalicə – Kakao maskası rəngli saçlara tətbiq edilir. İçində su qaynayan böyük qazanın içinə kiçik qab qoyun. Yarım fincan günəbaxan yağı, 1 yemək qaşığı kakao yağını, bir yemək qaşığı susuz lanolini ikinci qabın içində əridin. Bütün bu yağlar əridikdən sonra qabı qaynar suyun içindən alın və yaxşıca qarışdırın. Bu qarışığı başınıza çəkin və 15-20 dəqiqə saxlayın. Ardından saçınızı yuyub yaxalayın. Bu maska tünd rəngli saçlara rəng və parlaqlıq verir.

3. Qidalandırıcı maska – 1 yumurta yarısı, 1 stəkan dəmlənmiş çay, 1 yemək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saç diblərinə masaj edərək çəkin və yaxşıca qarışdırın. 10-15 dəqiqə gözləyib şampunla yuyun.

4. Protein müalicəsi – Yumurta ilə proterin müalicəsi bütün saç növləri üçün münasibdir. İki yumurtanı sındırın və və içinə yavaş-yavaş bir yemək qaşığı zeytun yağı, bir yemək qaşığı qliserin, bir yemək qaşığı sirkə əlavə edin. Saçı bir dəfə şampunla yuduqdan sonra bu maskanı çəkib 15-20 dəqiqə saxlayın. Saçı yaxşı yuduqdan sonra onlar daha parlaq və həcmli görünəcək.

5. İsti yağ müalicəsi – Qurumuş və korlanmış saça can vermək üçün ən yaxşı maska zeytun yağıdır. Saça parlaqlıq vermək üçün 2 yemək qaşığı zeytun yağını isidin. Bu maskanı yavaş-yavaş saç dərisinə yeridin. İsti suda islatdığınız dəsmalı sıxdıqdan sonra başınıza bürüyün. Dəsmal soyuduqdan sonra bu qaydanı 2-3 dəfə yenidən təkrarlayın ki, yağ baş dərisinə yaxşı hopa bilsin. Sonra saçı yaxşıca yaxalayın. Bu maska xüsusən də tez qırılan saçlar üçündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.