Yumurtanı belə bişirin – DÜZGÜN QAYDASI
İlk növbədə onu bildirək ki, düzgün bişirilmədiyi halda qida dəyəri də itir. Yumurta kolinlə zəngin qidadır. Kolin beyin sağlamlığı üçün imtina edilməz maddədir. Sarı qismindəki yüksək A vitamini sayəsində yumurta görmə funksiyalarını və immuniteti gücləndirir. Həmçinin hüceyrə yeniləyici və xərçəngin qarşısını alan təsiri də yüksəkdir. Yumurta B vitamini ilə də zəngindir. Bu da saç, dırnaq, beyin və dəri üçün çox qiymətli faktdır.
Ən yüksək qida dəyəri üçün yumurtanı belə bişirin:
- Yumurta ümumilikdə 10 dəqiqə ocaqda qalmalı və qaynamağa başladıqdan sonra söndürülməlidir. Beləcə, tam bişmiş yumurta əldə edilər.
- Yarı bişmiş yumurtada biotin adlı vitamin və avid adlı zülaldan yararlana bilmərik. Yumurta tam bişmədikdə isə bu kimyəvi birləşmə yaranmır. Yəni ən sağlam yumurta, tam bişmiş yumurtadır. Beləcə, həm avid adlı zülaldan, həm də biotin adlı vitamindən yararlana bilərsiniz.
- Dəmir əskikliyi anemiyasında gündə bir yumurta yemək məsləhətdir. 10 dəqiqədən çox bişdikdə yumurta sarısı ətrafında “dəmir sulfid halqası” olan yaşıl-boz halqa meydana gəlir. Bu da dəmirdən yararlanmamıza mane olur.
Halbuki, yumurta dəmir mineralı üçün ideal qaynaqdır. Dəmir əskikliyi anemiyasında maddələr mübadiləsi yavaşlayır, halsızlıq, yorğunluq, diqqət cəmləmə problemləri, yaddaş zəifliyi, səhər yataqdan çətin qalxma, dərs, iş müvəffəqiyyətinin mənfi təsirlənməsi, saç tökülməsi kimi arzuedilməz əlamətlər ortaya çıxır.
- Hər gün ən azı 1 ədəd təbii kənd yumurtası yemək məsləhətdir. Bu yumurtanı isə 10 dəqiqə bişirin.
Unutmayın ki, yumurta ən yaxşı, ucuz və asan əldə edilən dəmir və zülal qaynaqlarından biridir. Üstəlik, tox tutur. Uşaqlarımız üçün də gündəlik imtina edilməz qidalara yumurta başçılıq edir.
lent.az