Gündən Qoruyan Kremləri bu Təbii Vasitələrlə Əvəz edin

15 Ağustos 2016
1 481
0
Gündən Qoruyan Kremləri bu Təbii Vasitələrlə Əvəz edin
İllərdir ki, dəri xərçənginin səbəbkarı kimi günəş şüaları təqdim edilir. Sonradan bu xəbərdarlığa aydınlıq gətirilərək bildirildi ki, əslində zərərli olan günəş şüaları deyil, günəş şüaları nəticəsində yaranan yanıqlardır.

Həqiqətən gün əleyhinə vasitələr dəridə qırışların və xərçəngin profilaktikası ola bilər lakin, unutmamalıyıq ki, SPF (Sun Protection Factor) tərkibli bu kremlər dərinin günəş şüalarını udaraq vitamin D sintez etməsinə mane olur. Sağlam sümüklər, ürək və immun sistemi üçün vacib olan vitamin D-nin ən əsas mənbəyi məhz günəş şüalarıdır. Hətta ən çox qorxduğumuz ultrabənövşəyi şüalar vitamin D-nin yaranmasında rolu olan dəri hüceyrələrini stimullaşdırmaq üçün çox vacibdir. Məlumat üçün qeyd edək ki, SPF 8 olan gün əleyhinə kremlər günəş şüalarında vitaminin udulmasını 95% azaldır. Daha yüksək olanlar isə ümumiyyətlə, günəş şüalarından olan faydanı sıfıra endirir.

Feat.Az vib.az-a istinadən bildirir ki, Amerika Tibb Assosiasiyasının (American Medical Association) 2009-cu ildə verdiyi hesabata görə, bəzi individual xassələri çıxmaq şərtilə insana həftədə 2 dəfə, saat 10-15 arası, 5 dəqiqəlik günlənmək minimal vitamin D dozasını almağa kifayətdir. Bəzi mənbələr isə gündəlik 10-15 dəqiqə günlənməyi tövsiyə edirlər. Günəş şüalarının xüsusən uşaqlara faydası var, çünki böyüyən bədənin kalsiuma olan ehtiyacları vitamin D olmadan ödənilə bilməz. Düzdür, vitamin D-ni təkcə günəş şüalarından deyil, həmçinin balıq yağını, yumurta sarısını, pendir, dana əti, portağal şirəsini rasiona daxil etməklə əldə etmək olar, amma yenə də ən güclü mənbə məhz günəş şüalarıdır.

İstər böyüklər, istərsə də uşaqlar üçün istehsal edilən gün əleyhinə vasitələrin müxtəlif zərərli kimyəvi maddələrlə zəngin olması, digər tərəfdən isə uşaqların günəşdən etibarlı mühafizəyə ehtiyacları valideynləri ciddi dilemma qarşısında qoyur. Şükürlər olsun ki, insanları tarixən günəş yanıqlarından qoruyaraq, faydasından yararlanmağa imkan verən təbii alternativlər mövcuddur. Məsələn, avokado yağı (SPF 4-10), zeytun yağı (SPF 2-8), kakos yağı (SPF 4-10), yerkökü toxumunun yağı (SPF 35-50), küncüt yağı (SPF 4-10), çaytikanı yağı (SPF 2-8) əsrlər boyu insanları faydalandırmışdır.

Yay aylarında ən çox bayırda vaxt keçirməyi sevən uşaqlar daha çox dəri yanıqlarına məruz qalırlar. Günlənmə vasitələri üzrə ixtisaslaşmış sunwarrior.com şirkətinin mütəxəssisi Charlie Pulsipher günəş şüaları nəticəsində yaranan dəri yanıqlarına qarşı bir sıra məsləhətləri bölüşür.

- Aloe Vera bitkisindən çıxan gel yanıqları sakitləşdirir, soyudur, qoruyur və sağalmanı tezləşdirir. Bitkidən təzəcə dərilmiş gel ən səmərəlidir.
- Vitamin E birbaşa dəriyə sürtülərək sağalmaya səbəb olur. Həmçinin daxilə qəbul edilmiş güclü antioksidant olan E və C vitaminləri ultrabənövşəyi şüaların dağıdıcı təsirindən qoruyur.
- Alma sirkəsi soyutma təsiri verir, mineral və vitaminlərlə zəngin olduğu üçün sağalmaya müsbət təsir göstərir. Sirkə istifadə edilməmişdən öncə bərabər miqdarda su ilə məhlul halına salınmalıdır.
- Sərin duş sakitləşdirici təsir göstərir.
- Qida sodası sərin su ilə qarışdırılıb yanıqların üzərinə çəkilə bilər.
- Bal antibakterial və iltihab əleyhinə olan xassələrinə görə yanıqlarda da çox faydalıdır.
- Pomidor dilimi, pastası və ya püresi güclü antioksidantdır və sakitləşdirici, soyuducu təsir göstərir. Günlənməkdən öncə pomidor yemək və ya şirəsini içmək məsləhət görülür.
- Yulafın su ilə qarışdırılaraq sıyıq halında yanıqlara sürtülməsi çox güclü təsirə malikdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.