Dərimiz Psixologiyamızı Ələ Verir

22 Ağustos 2016
1 671
0
Dərimiz Psixologiyamızı Ələ Verir
Dərimiz psixologiyamızı ələ verir
Dərimiz, psixoloji problemlərin aynası ola bilər. Özünü ifadə edə bilməyən, sevincini, kədərini, çətinliyini içinə atanlar, zamanla depressiya, qayğı pozuqluğu kimi hallarla qarşılaşa bilər.

Dəri xəstəlikləri çox yayılan xəstəliklərdəndir. Dəri xəstəliklərinin ən sıx görülən növləri atopikdermatit, ekzema, sızanaq, civzə, vitiligodur.Cilddə meydana gələn bu tərz dəri problemləri adamın psixoloji problemlərinin də əlaməti ola bilər. Xüsusilə də sızanaq və yaraları dağıtmaq psixologiya qaynaqlı bir dəri xəstəliyidir.

Müasir dövrün problemi olaraq görülən stress və depresyona bağlı olaraq dəri problemləri də çoxalır. İnsanın ən böyük orqanı olan dəri, eyni zamanda ünsiyyət orqanıdır və buna bağlı olaraq ətrafla olan əlaqələri də nizamlanır. Üzümüzün solması, tərləməsi, qızarması, tüklərimzin yumşalması, dəri yoluyla problemlərimizi ətrafa saçmaqdır. Buna görə dərimizə zərər verəcək davranışlardan uzaq durmalıyıq.

Ruhi problemlər, bəzi dəri xəstəliklərinin əlamətlərinin ortaya çıxmasında faktor olur. Bundan başqa dəri xəstəlikləri fərdlərdə psixiatrik pozuğunluqlara yol aça biləcəyi də bir gerçəkdir. Xüsusilə sədəf, ekzema, vitiligo (ala xəstəliyi) və sızanaq kimi xəstəliklər fərdin ictimai həyatını böyük ölçüdə mənfi istiqamətə yönəldir.

Yetkinlik dövründə görülən sızanaqlar belə gəncləri içindən çıxılmaz ruhi problemlərə apara bilər.

İnsanların stressli vəziyyətlərdə ən asan çata biləcəyi orqanı dəri olduğu üçün saç və dəri qoparma, dodaq dişləmə ya da dırnaq yemə vərdişi ən tez gördüyümüz əlamətlər arasındadır. Bir çox adam kiçik qaşıntıyla başlayıb, daha sonra dərin yaralara qədər yol açır.

Qaşıntı yaradan sistemik xəstələrin siyahısı ilə depressiya ilə əlaqəli xəstəliklərin siyahısı bir-birinə çox bənzəyir. Mövcud olan ruhi problemlər müalicə edilmədikcə dəri problemləri də eyni nisbətdə artır.
qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.