Ağzınızdan pis qoxu gəlirsə - Çarəsi bu yazıda

24 Ağustos 2016
2 324
2
Ağzınızdan pis qoxu gəlirsə - Çarəsi bu yazıda
Ağızdan gələn xoşagəlməz qoxu insanın özü qədər ətrafdakılara da diskomfort hissi yaşadır. Pis qoxunun bir çox səbəbləri var. Lakin bunun öhdəsindən gələ bilərsiniz. Yediyiniz qidalar bəzən pis qoxuya səbəb olsa da, pis qoxunun qarşısını alan qidalar da var. Feat.Az ağızdan gələn xoşagəlməz qoxunu aradan qaldıran 8 super qida ilə sizi də tanış edir.


LİMON

Ağız qoxusunu yox etmək üçün bir limonu ortadan ikiyə bölüb sorun. Uyğun bir mühitdə deyilsinizsə limon ətirli saqqız çeynəyə və ya konfet yeyə bilərsiniz.

ALMA


Alma və ya eyni xüsusiyyəti daşıyan armud yemək, nəfəsi təmizləmə və təravətləndirmə baxımından təsirli bir üsuldur. Tərkibində olan qida lifi tüpürcəyi təmizləməyə təsirli olmaqla yanaşı, ağızda gözəl bir dad yaradır.

MİXƏK


Mixəyi ağzınızda bir müddət saxlasanız ifraz edəcəyi gözəl qoxu ağız qoxusunun qarşısını alar. Eyni zamanda mixək diş və diş əti sağlamlığı üçün də faydalıdır.

ADAÇAYI


Bir ovuc adaçayını isti suyun içində 15 dəqiqə saxlayın və bir az nanə yarpağı qataraq bütün günü saxlayın. Saxladığınız suyun içinə yarısı qədər ilıq su əlavə edib qarışdırın və tez-tez ağzınızda çalxalayaraq qarqara edin. Ağız qoxusundan əsər qalmayacaq.

CƏFƏRI

Nəfəsi təravətləndirmə xüsusiyyəti daşıyar. Kababın yanına cəfəri qoyulmasının səbəbi əslində xoş bir görünüş vermək və ya daha rəngli görünməsi üçün deyil, nəfəsi təmizləmək üçündür. Cəfəri yerinə təzə olmaq şərtiylə bibəriyə də yemək olar.

NANƏ


Xüsusilə soğan və sarımsaq qoxularını yox edən ən təsirli qidadır. Nanə olmayan bir yerdəsinizsə yanınızda hər zaman nanəli saqqız və ya konfet saxlaya bilərsiniz.

RAZYANA ÇAYI

Razyana çayı da ağızdakı pis qoxunu yox edər. Eyni zamanda yemək yeməzdən yarım saat əvvəl yesəniz iştahanız açılır.

QATIQ

Gün içində çox yağlı və pis qoxu saxlayan yeməklər yemisinizsə gündə 1 və ya 2 dəfə yeyəcəyiniz qatıq ilə ağızdakı pis qoxunu yox edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. FeaT.Az
    Alıntı: Mubarizoglu
    Yazını qalınlaşdırmada səhf buraxmısız


    Təşəkkürlər, səhv aradan qaldırıldı.
  2. Mubarizoglu
    Yazını qalınlaşdırmada səhf buraxmısız
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.