Kişilərin diqqətinə: erkən boşalmadan qurtulun!

24 Ağustos 2016
3 740
0
Kişilərin diqqətinə: erkən boşalmadan qurtulun!
Dünyada bir çox kişinin cinsi fəaliyyət müddəti 1,5 ilə 7 dəqiqə arasında dəyişir. Lakin kişilərin böyük bir hissəsi 2 dəqiqə və ya daha az bir müddət ərzində orqazm olur və tərəf müqabillərini təmin edə bilmirlər.

Cütlüklər daha çox tək tərəfli, kişinin “işini bitirməsi”nə bağlı olan seks həyatı yaşayırlar. Lakin tədqiqatçılara görə, ideal seks müddəti ortalama 4 dəqiqə olmalıdır. Türkiyəli psixoloq Mehmet Başkak kişilərin seks müddətinin 1 saata qədər uzadıla biləcəyini bildirib. Feat.Az mütəxəssisin təklif etdiyi seks müddətini 1 saat uzadan üsullarla sizi də tanış edir.

Cinsi əlaqədən əvvəl masturbasiya edin


Kişi dolu bir silah kimi həddindən artıq istəkli olduğu üçün bəzən bir toxunuş belə nəzarətsiz boşalmaya səbəb olur. Psixoloq bildirir ki, kişinin masturbasiya etmədən başladığı bir cinsi əlaqə, dolu bir silahla çölə çıxmaq kimidir: “Cinsi əlaqədən bir və ya iki saat əvvəl kişinin masturbasiya yolu ilə boşalması cinsi əlaqə zamanı dərhal boşalmasına mane olur. Tərəf müqabilinizlə önsevişmə sayəsində onun təkrar xəbərdar edilməsini təmin edə bilərsiniz. Beləliklə, tərəf müqabilinizin cinsi əlaqə əsnasında özünü sizin vəziyyətinizə və cinsi ritminizə görə nizamlayacaq”.

Hipnoterapevtə müraciət edin


İllərdir erkən boşalma problemi yaşayan kişilərə hipnozla asan həll yolu tapmaq mümkündür. Klinik hipnozun cinsi problemlərin müalicəsinə ciddi təsiri var və bu üsul getdikcə yayılır. Hipnoz ilə kişinin erkən boşalma səbəbləri tapılır və həddindən artıq həyəcan, performans narahatlığı, boşalma qorxusu hipnoterapevt tərəfindən müalicə edilir. Hipnoterapevt sayəsində orqazmın keyfiyyəti iki tərəf üçün də artırıla bilər: “Uzun müddətdir eyni adamla cinsi birlikdəlik yaşadıqda, tez-tez təkrarlanan mövqe seçimləri səbəbindən tərəf müqabilinizin bədənində nə zaman nə olacağını bilirsiniz. Buna görə də normaldan daha erkən boşalma baş verə bilər. Yeni mövqelər sınamağınız və ya seksdə “kəşflər” etməyiniz tərəf müqabilinizin cinsi dayanıqlılıq müddətini artıracaq. Seks nə qədər fərqli və qeyri-ənənəvi olsa, o qədər yaxşıdır”.

Boşalmasını gecikdirməyə çalışın


Bunu edə bilmək üçün qadın təcrübəli olması və cinsi əlaqəni idarə edə bilməsi vacibdir. Tərəf müqabilinizin boşalma məqamına gəldiyini hiss etdikdə, dayanıb 1 dəqiqəyə qədər gözləməsini və sonra davam etməsini istəyin. Psixoloq hər kəsin geri qayıda bilməyəcəyi nöqtəsi olduğunu deyir: “Bu ana çatmazdan bir az onu dayandırmağı bacara bilsəniz, tərəf müqabiliniz bədəninə orqazm olma məqamını gecikdirməyi öyrədər və bu vaxt da siz orqazma çata bilərsiniz”.

Bir neçə məşqlər etməsini istəyin


Yoqa kimi məşqlər fiziki və zehni nəzarəti təmin etməyə istiqamətli idmanlardır. Bununla yanaşı, aerobika hərəkətləri də cinsi müalicədə tez-tez istifadə edilir: “Bəli, kişilər də eynilə qadınlar aerobika məşqləri edə bilər. Bu məşqlərin hamısı pelvik döşəmə əzələlərinin güclənməsini təmin edərək, tərəf müqabilinizin orqazm spazmlarına nəzarət etməsinə kömək olacaq”.

Keyidici məhlullar istifadə edilə bilər


İkinizin də razılığı ilə həkimlə məsləhətləşərək gecikdirici kremlər, məhlullar istifadə edə bilərsiniz. Diqqətli və məlumatlı istifadə həll yolu ola bilər: “Bu cür dəstəklər keyidici təsirə malikdir və cinsi əlaqədən əvvəl kişinin penisinə vurulur, nəticədə penis hissizləşir, bu isə boşalmanı gecikdirir. Bu cür dəstəklər mütləq mütəxəssislə məsləhətləşərək tətbiq olunmalıdır. Həddindən artıq tətbiq etmək qadın vaginasını da uyuşdura bilər. Bu isə hər iki tərəfin də əlaqədən zövq alma keyfiyyətini azaldar”.
lent.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.