Bu ölkədə Facebook bağlandı

08 Ekim 2014
1 299
0
Bu ölkədə Facebook bağlandı
Bu ölkədə Facebook bağlandı


Tacikistanda sosial şəbəkələr və bir çox internet saytları bağlanıb.

Bu addım Tacikistanda oktyabrın 10-da keçiriləcək mitinqlərə gələnlərə müraciət edilməsinin qarşısını almaq üçün atılıb.

Bağlanan saytlar içərisində Wikipedia, YouTube, Facebook, “Kontakt” və bir neçə tanınmış sosial şəbəkələr də var. Tacikistanın rabitə naziri Beq Saburi bildirib ki, sosial şəbəkələrdə oturan bəzi insanlar istəmirlər ki, Tacikistanda sülh olsun.

Qeyd edək ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində əhalinin çoxu cümə namazından sonra keçiriləcək mitinqlərə getməkdən imtina edir.

Keçiriləcək mitinqdə isə əsas şüar “Tacikistan dəyişiklər tələb edir!” olacaq. Aksiyada “Emoməli Raxmonsuz Tacıkistan!”, “Təmiz seçkilər!”, “Ləyaqətli ömür!” kimi süşarlar da səslənəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.