Burun tıxanıqlığını açan təbii yollar

07 Eylül 2016
2 122
0
Burun tıxanıqlığını açan təbii yollar
Burun tıxanıqlığı həyatımıza olduqca mənfi təsir edə və xüsusilə də başağrılarına səbəb ola bilər.
Bəs burun tıxanıqlığını təbii yollarla necə açmaq olar? Bu problemin aradan qaldırılmasına yardımçı ola biləcək tövsiyələr...

Sarımsaqlı su


Feat.Az saglamolun.az-a istinadən bildirir ki, sarımsaq bir çox problemlərin həllində oluğu kimi, burun tıxanıqlığının aradan qaldırılmasında da təsirli vasitədir. Antiviral (antivirus) xüsusiyyəti olan sarımsaq tənəffüs yolu infeksiyaları səbəbilə yaşanan burun tıxanıqlığına yaxşı təsir edir.

Pomidor suyu qarışımı


Bu qarışım burun tıxanıqlığına qarşı çok effektivdir. Bir stəkan pomidor suyunu əzilmiş 2-3 diş sarımsaq, bir qaşıq limon suyu, biraz acı sous ve bir çimdik duzla birlikdə qaynadın. Hazırladığınız bu qarışımı bir neçə gün ərzində gündə 2 dəfə isti halda için. Həmçinin ədviyyatlı qidalara da üstünlük verərək burnunuzun açılmasını təmin edə bilərsiniz.

Evkalipt yağı


Evkalipt yağıburun tıxanıqlığında çox təsirlidir. Evkalipt yağını bir yaylığa damladın və gündə 2-3 dəfə iyləyin. Yastığınıza da damlatsanız, siz yuxuladığınız müddətdə rahatlıqla nəfəs almanızı təmin edəcəkdir.

İsti duş


İsti duşa girərək burun tıxanıqlığınızın azalmasına yardımçı ola bilərsiniz. Bu halda buxarın təsirilə yumşalan selik asanlıqla axacaq və burun tıxanıqlığınız azalacaqdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.