Səbəbsiz susuzluq hansı xəstəliklərin simptomu ola bilər

17 Eylül 2016
2 041
0
Səbəbsiz susuzluq hansı xəstəliklərin simptomu ola bilər
Bəzən insan səbəbsiz güclü susuzluq hiss edir. İnsan çoxlu su içir, lakin susuzluq keçmir.
Həddən artıq susuzluq çox ciddi xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən özünüzdə belə simptom müşahidə etdikdə mütləq həkimə müraciət edin.
- İlk növbədə həkim belə pasiyenti qanda şəkərin səviyyəsini təyin edən analizə göndərir. Həddən artıq susuzluğun əsas səbəbi məhz qanda şəkərin yüksək səviyyədə olmasıdır. Bu şəkərli diabet zamanı mümkündür. Şəkərli diabet zamanı mədəaltı vəzidə qanda şəkərin səviyyəsini tənzimləyən hormonun - insulinin istehsalı azalır (1-ci tip şəkərli diabet) və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığı azalır (2-ci tip şəkərli diabet). Nəticədə qanda şəkərin səviyyəsi artır.
Feat.Az saglamolun.az-a istinadən bildirir ki, qandan artıq şəkəri xaric etmək üçün böyrəklərə çoxlu maye lazımdır. Orqanizm bu haqda siqnal alır və insan susuzluq hiss edir və çoxlu miqdarda su içir.
- Patoloji susuzluğun digər səbəbi baş beyində yerləşən hipofiz vəzinin şişidir. Bu xəstəlik zamanı hipofiz çoxlu miqdarda xüsusi somnatotrop hormonu ifraz edir ki, bu hormon qanda qlükozanın səviyyəsini qaldırır.
Hipofiz vəzinin şişi zamanı somnatotrop hormonu çoxlu miqdarda ifraz olunmağa başlayır ki, nəticədə qanda şəkərin səviyyəsi qalxır və böyrəklərə bu şəkəri xaric etmək üçün yenə də çoxlu miqdarda maye tələb olunur. İnsan daim susuzluq hiss edir, çoxlu su içir, tez-tez sidik ifraz edir.
- Bizim orqanizmin normal fəaliyyəti üçün mütləq su lazımdır. Su insanın bütün hüceyrələrinə daxildir. İnsan orqanizmi suyu saxlamaq qabiliyyətinə malikdir. Bu proses xüsisi antidiuretik hormonu tərəfindən tənzimlənir. Bu hormonu beyin ifraz edir. Bəzən bu hormonun ifrazı pozulur və insan həddən artıq tez-tez sidik ifraz etməyə başlayır və nəticədə susuzluqdan əziyyət çəkir.
Bu pozulmanı təyin etmək üçün xüsusi test aparılır - insana su içmək qadağan edilir. Əgər müəyyən müddət ərzində sağlam insanın orqanizminə su daxil olmazsa, antidiuretik hormonun təsirindən insanda sidik ifrazı kəsilir. Lakin antidiuretik hormonun ifrazında pozulma olan insanda sidik ifraz olunmağa davam edir və insanda kəskin susuzlaşma inkişaf edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.