Həzrət Fatimeyi-Zəhranın (ə) zikri necədir?

02 Eylül 2016
1 971
1
Həzrət Fatimeyi-Zəhranın (ə) zikri necədir?
Həzrət Fatimənin (ə) zikri hər zaman, xüsusilə də namazdan sonra deyilməsi çox müstəhəb olan bir zikrdir. Bu zikri Həzrət Mühəmməd Peyğəmbər (s) qızı Fatiməyə (ə) öyrətmişdi. Dini mənbələrdə bunu "Fatimənin (ə) təsbihi" də adlandırırlar. Zikrin qaydası belədir ki, əvvəlcə 34 dəfə "Allahü əkbər", sonra 33 dəfə "Əlhəmdü lillah", daha sonra isə 33 dəfə "Sübhanallah" deyilir.Feat.Az islam.az-a istinadən bildirir ki, bəzi mənbələrdə bu üç zikrin ardıcıllığı və sayı barədə fərqli rəvayətlər var. Bu zikrlərdən sonra "La ilahə illəllah" da deyilir. İmam Cəfər Sadiq (ə) buruub: "Biz öz balalarımıza namazı öyrətdiyimiz kimi Fatimənin təsbihini də öyrədirik. Bu təsbihi həmişə oxuyun. Çünki bunu həmişə oxuyan adam bədbəxtliyə düçar olmaz". "Namazdan sonra Fatimeyi-Zəhranın təsbihini oxumağı hər gün min rükət namaz qılmaqdan daha çox sevirəm".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Агаева
    Çox sağ olun paylaşim uçun men Allahu əkberi de 33 defe bilirdim
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.