Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!

12 Eylül 2016
2 163
0
Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
Yay fəslinin əvəzedilməz ünsürləri olan dəniz, qum, günəşin yaxşı tərəfləri olduğu kimi problem yaradan yönləri də var. Yəqin ki, bu üçlüyə valehliyiniz saçlarınızın parlaqlığı və canlılığını əlinizdən alıb, quruluq yaradıb.
Feat.Az yay fəslində təravətini itirən saçlarınız üçün bəzi məsləhətləri təqdim edir. Saçlarınızı yenidən gücləndirmək, parıltı və sağlamlığına qovuşmağı üçün bir neçə saça qulluq nümunələrinə diqqət etsəniz faydasını görərsiniz.

Qadınların bir çoxu uzun saçlarından vaz keçmək istəmir. Lakin söhbət taqətdən düşmüş saçlardan gedirsə bu zaman vəziyyət fərqlidir. Yay fəslindən sonra görəcəyiniz ilk iş qırılmış, taqətdən düşmüş, solmuş saç uclarından azad olmaqdır.
Yay uzunu günəşin zərərli işıqlarına məruz qalan saçlarınızı keratinin köməyi ilə yenidən gücləndirin. Həftədə bir gün, nizamlı olaraq saça qulluq müalicələri və ya maskaları tətbiq etsəniz yaxşı nəticələr əldə edəcəksiniz.
Hər bir qadın parlaq saçlar xəyal edir. Buna qovuşmağın yolu ilə bol su içməkdir. İşıltılı saçlara nail olmaq istəyirsinizsə bol su için. Sağlam qidalanmaq üçün meyvə ehtiyaclarınızı ödəməyə də laqeyd yanaşmayın. Unutmayın ki, qidalanmağınız saçlarınıza da təsir edəcəkdir.
Saç kremləri və saça qulluq yağlarından da istifadə edin. Xüsusən də əgər saçlarınız boyalıdırsa hər yuduqdan sonra saça qulluq kremindən istifadə edin.
Qış aylarında isə saçları tez-tez yumaq onların qurumasına səbəb olur. Soyuq havalarda hər gün saç yumaqdansa üç gündən bir yuyun. Çox isti su ilə yumaq saç diblərinə zərər verdiyi üçün saçları ilıq su ilə yumaq məsləhətdir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.