Soda, yoxsa Qabartma tozu – Hansı yaxşıdır?
Təcrübəli kulinarlar quru ərzaqlara, məsələn, una soda tökməyi, duru ərzaqlara isə sirkə əlavə etməyi məsləhət görürlər. Sonra unla yağlı, yumurtalı kütləni birləşdirəndə soda ilə sirkə məhz xəmirin içində qarışmalı və bunun daha effektiv olduğu söylənilir.
Amma bəzən bunun özü də yaxşı nəticə vermir. Sodanın da qədərini una görə düzgün təyin etmək lazımdır. Sodanın miqdarı çox olarsa, bişirdiyimiz məmulatdan xoşagəlməz qoxu gələcək. Amma qabartma tozu ilə bağlı belə problemimiz yoxdur. Doza həddi aşılsa belə, bu xəmirdə hiss olunmur
Qabartma tozu – bu, soda, limon turşusu və undan hazırlanan qarışıqdır. Bəzən unun əvəzin, daha uzun müddət qalması üçün qabartma tozunun tərkibinə nişasta qatırlar.
Əgər ev şəraitində qabartma tozu hazırlamaq istəyirsinizsə, bunun üçün lazımdır:
Soda – 5 x.q.
Limon turşusu – 3 x.q.
Un – 12 x.q.
Bütün bu quru ərzaqları yaxşıca qarışdırırsız. Bir çimdik şəkər tozu da əlavə edə bilərsiz. Sonra bankaya yığırsız və quru, sərin yerdə bir müddət saxlaya bilərsiz.
Bəzən reseptlərdə həm soda, həm də qabartma tozu yazılır. Təəccüb etməyin! Təbii turşuya malik məhsullara soda əlavə lazımdır. Belə məhsullara bal, qatıq, kefir, kəsmik, meyvə şirəsi, xama, yoqurt və s. aiddir.
sufrem.az