Evinizdə Saç Rəngləmə Üsulları

12 sentyabr 2016
1 336
0
Evinizdə Saç Rəngləmə Üsulları
Saçı rəngləyən zaman nələrə diqqət etməliyik?

• Günəş şüaları, saça qulluq kremləri və saçınıza daha əvvəl tətbiq etdiyiniz rənglər, tətbiq etdiyiniz rəngləmə əməliyyatının nəticəsinə və müddətinə təsir edəcəyindən indi saç tutam testini hər dəfə saçlarınızı rəngləmədən əvvəl mütləq etməlisiniz.

• Hər dəfə saçınıza tətbiq etdiyiniz rəngi, etmiş olduğunuz saç tutam testi nəticəsində təyin olunan müddət qədər gözlədin. Heç bir zaman təsirini göstərmədən əvvəl rəngi təmizləməyin. Əks halda saçınızda gözlənilməyən rəng fərqliliklərinə səbəb olarsınız.

• Saç rənginin, saçınızdan üzünüzə və boynunuza keçməsini istəmirsinizsə qulaqlarınızın ətrafına, saçlarınızla üzünüzün birləşdiyi bölgələrə bir az vazelin sürtün.Niyə?Çünki vazelin hava keçirməz olduğundan rəngin dərinizdə ləkə buraxmasına maneə törədər.

• Saçınız uzun və ya qalındısa, seçmiş olduğunuz rəng tonundan iki qutu istifadə edin. Hər saç telinin rəngi yaxşıca əmməsi, saçınızın tamamilə və homogen olaraq rənglənilməsi və canlı bir rəngə sahib olması üçün əhəmiyyətlidir.

• Saçınızı rənglədikdən sonra əldə etdiyiniz rəngin daha uzun müddətli olmasını istəyirsinizsə dəniz və ya hovuza girdikdən sonra saçlarınızı mütləq durulayın. Xlor və dəniz duzu saçınızda uzun müddət qalsa saç rənginiz parlaqlığını itirə bilər.

Rəngləmə sonrası:

• Rəngli saçlar üçün istifadə edilən şampunlar, saç rənginizi daha yumşaq və təbii göstərər. Adi şampunlar saçınızın rəngini aça və təbii nəmini itirdə bilər.

• Saçınızı rənglədikdən sonra pH dəyəri aşağı olan saç kremi istifadə etməyiniz saçınızı qoruyar və təbii yumşaqlığına və parlaqlığına qovuşmasına köməkçi olar.

• Saçınız uzandıqca, rəng aktivləşdirici istifadə edərək saçınızın təbii rəngini rəngli qisimə uyğun şəkildə rəngləyə bilərsiniz.

• Şampunlandıqdan sonra saçınızı hər vaxt qurulamayın . Fenlə həddindən artıq qurutmayın. Saçınızı həddindən artıq qurutmanız nəm itirməsinə və pis görünməsinə gətirib çıxarar.

• Saçınız yaş olarkən əsla daramayın. Saçınızı geniş dişli bir daraqla saç uclarından saç diblərinə doğru yumrulayaraq darayın.

• Mineral su, saçınızı zərərli hovuz kimyəvilərindən qoruyar.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (29)
21:00
607

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (29)

24.08.2019 Gündəlik Bürclər (24 Avqust 2019 Günlük Bürclər)
20:00
1 506

24.08.2019 Gündəlik Bürclər (24 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (240)
19:00
675

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (240)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (317)
18:00
580

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (317)

Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT
17:00
142

Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
222

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sevgilim Yazılı Şəkilləri 2019 (56)
15:00
648

Sevgilim Yazılı Şəkilləri 2019 (56)

Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
14:00
111

Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI

Bürclər Haqqında Maraqlı Məlumatlar (581) - Fotolar
13:00
416

Bürclər Haqqında Maraqlı Məlumatlar (581) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ