Boyunu Uzatmaq istəyənlər Oxusun - MƏSLƏHƏTLƏR

14 Eylül 2016
1 663
0
Boyunu Uzatmaq istəyənlər Oxusun - MƏSLƏHƏTLƏR
İnsanın boyu əsasən genetikadan asılıdır. Lakin müəyyən vasitələrin köməyi ilə orqanizmdə gedən boy atma proseslərinə təsir etmək mümkündür.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, orqanizmdə boy atma proseslərinə somatotropin adlı hormon cavabdehdir. Müəyyən vasitələrin köməyi ilə bu hormonun ifrazını artırmaq olar. Nəzərə almaq lazımdır ki, somatotropinin ifrazı insan orqanizmində təxminən 20 yaşa qədər çox olur, daha sonra isə kəskin azalır.

Somatotropinin ifrazını artırmaq üçün bu kimi məsləhətlərə əməl edin
- Düzgün qidalanın
Boy atma proselərinin normal getməsi üçün orqanizmə zülallar lazımdır. Bu səbəbdən rasionda mütləq kifayət qədər ət, balıq, yumurta, süd məhsulları olmalıdır.
Yulaf yarması ("gerkules"), qoz-fındıq, bol meyvə-tərəvəz və göyərti də boy atma proseslərinə müsbət təsir edir.
Duzlu qidaların, tərkibində çoxlu kofein maddəsi olan içkilərin (kola, enerji içkiləri və s.), şirniyyatların çoxlu miqdarda qəbulu əksinə boy atma proseslərinə mənfi təsir edir.
- İdmanla məşğul olun
İdman boy atma proseslərini sürətləndirir. Lakin burada söhbət peşəkar idmandan getmir. Peşəkar idmanla məşğul olan uşaq çox yüksək gərginliklərə məruz qalır ki, bu əksinə boy atma proseslərinin ləngiməsinə gətirib çıxardır.
Qaçış, üzgüçülük, basketbol, voleybol kimi idman növləri boyatma proseslərinə çox müsbət təsir edir.
- Kifayət qədər yatın
Boy atma hormonu olan somatotropin gecə saatlarında yuxu zamanı daha çox ifraz olunur. Bu səbəbdən normal gecə yuxusu boy atma prosesləri üçün olduqca vacibdir.
Fəal boyatma dövründə uşaq 8-9 saatdan az yatmamalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.