Dəri Tipiniz Hansıdır? - Xüsusiyyətləri

19 Nisan 2021
2 575
0
Dəri Tipiniz Hansıdır? - Xüsusiyyətləri
Qarışıq (karma) dəri tipi:

Xüsusiyyətləri: Alın, burun, çənə bölgələri yağlı, göz çevrəsi və yanaqlar isə quru olur. Karma dəri tipi quru və yağlı dəri tiplərinin qarışığına deyilir.

Tövsiyyələr: Səhər üzünüzü yuduqdan sonra T bölgənizə nəmləndirici kremlərlə qulluq edin. Üzünüzü bol ilıq su ilə yuduqdan sonra qurulayın. Dərinizi nəmləndirmək üçü normal dəri tipinə uyğun kremdən də istifadə edə bilərsiniz. Tonik seçimində diqqət etməli olduğunuz məqam tərkibində spirtin olmamasıdır. Spirt yandırıcı və quruducu xüsusiyyəti ilə dərinizin quru hissələrinə mənfi təsirini göstərəcək və daha da qurudacaq.


Yağlı üz dərisi
Xüsusiyyətləri: Yağlı üz dərisi daimi parlayır. Məsamələr üz dərinizin hava almasını əngəlləyəcək qədər bağlıdır. Bu da qara nöqtələrin və sivilcələrin yaranmasına səbəb olur.

Tövsiyyələr: Hər səhər salisil turşu tərkibli təmizləyicilərlə üzünüzü yuyun. Bu vasitə dərinizdəki məsamələrin açılmasına və dərinizin nəfəs almasına kömək edəcək. Ən az 15 SPF tərkibli nəmləndirici kremdən istifadə edin. Gün ərzində üz təmizləyən salfetlərlə üzünüzdə yığılan yağı təmizləməyiniz məsləhətdir. Həftədə bir dəfə yağlı üz dərisi üçün hazırlanan maskalar edin.


Quru üz dərisi

Xüsusiyyətləri: Üz dərisi ehtiyacı olan yağı ifraz etmədiyi üçün quru olur. Yağ miqdarı az olduğu üçün dəri həssasdır. Xüsusilə yanaqlarda sivilcələr çıxa bilir.

Tövsiyyələr: Tərkibində spirt olmayan vasitələrlə dərinizi səhərlər təmizləyin. Dərinizi quru dəri tipi üçün olan kremlərdən istifadə edərək nəmləndirin. Həftədə bir dəfə üzünüzə maska edin. Makiyaj etdiyiniz zaman krem tonal kremlərdən və nəmləndirici dodaq boyalarından istifadə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.