İmmun Sistemini Necə Gücləndirək?

04 Ekim 2016
1 572
0
İmmun Sistemini Necə Gücləndirək?
Payız fəslində immun sistemi zəifləyər və ona görə də onu gücləndirməyə çalışaq. Bunun üçün fayda verə biləcək meyvə və tərəvəzlərə diqqət edək. (Tebyan saytına istinadən)

Göbələk.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, göbələk o qidalardandır ki, faydalı minerallara malikdir. Bundan başqa tərkibində anti-oksidantlar və silenium vardır. Bədəndə silenium çatışmamazlığı olan zaman soyuqdəymə tez bir zamanda onu yaxalayar. Bundan başqa göbələyin tərkibinə riboflavin, B vitamini, niatsin vardır. Bu maddələr də immun sistemini gücləndirir. Göbələk virus və bakteriya əleyhinə olan tərəvəzlərdəndir.

Qarpız.

Qarpızın tərkibində güclü anti-oksidantlar və qlutatyon vardır. Qarpız da immun sistemini gücləndirər və infeksiya ilə mübarizə aparar.

Kələm.

Kələm də immun sistemini gücləndirər. Onun tərkibində glutamin maddəsi vardır. Kələm ən çox qış fəslində olur. Lakin başqa fəsillərdə də tapmaq mümkündür.

Badam.

Bir ovuc badam immun sistemini gücləndirə bilər. Bir stəkanın dördə biri qədər badam bizim gündəlik E vitamininə olan ehtiyacımızı ödəyə bilər. Bundan başqa, badamın tərkibində stressə qarşı olan maddələr: yəni niatsin, B vitamini vardır.

Qreypfrut.

Qreypfrutun tərkibində C vitamini vardır. Bundan başqa qreypfrutun tərkibində flavonoid vardır. Bədənin immun sistemini fəallaşdırar.

Az yağlı qatıq.

Hər gün bir stəkan yağı az olan qatıq yemək, immun sistemini gücləndirər. Bundan başqa bədənə kalsium verər.

Sarımsaq.

Sarımsağın tərkibində müxtəlfi növ anti-oksidantlar vardır. Həmçinin xərçəng əleyhinə olan tərəvəzdir.

İspanaq.

İspanağın tərkibində minerallar vardır. Bundan başqa tərkibində olan fol turşusu yeni hüceyrələrin əmələ gəlməsinə kömək edər.

Brokkoli.

Brokkoli də immun sistemini gücləndirər, bədəni zərər görməkdən qoruyar. Bundan başqa tərkibində A, C vitamini vardır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.