Bitki Çaylarının Faydaları

29 Eylül 2016
1 944
0
Bitki Çaylarının Faydaları
Bitki çaylarını və onların faydalarını tanımağa çalışaq.

Zeytun yarpağı çayı.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, bədəndə qanın dövr etməsinə yardım edər və yuxusuzluğu aradan qaldırar.
İstifadə qaydası:
2 qaşıq zeytun yarpağını 2 stəkan suda qaynadın. 10 dəqiqədən sonra isə ona bir qaşıq bal töküb için.

Boymadərən çayı.

Mədə və öd narahatlıqları zamanı faydalıdır və iştahasızlığı aradan qaldırar.
İstifadə qaydası:
1 qaşıq boymadərəni bir stəkan suda qaynadın və 15 dəqiqə gözləyin. Gün ərzində 2-3 fincan ondan için.

Kətan toxumu çayı.

Bu çay ilə qarqara etmək boğaz ağrısı üçün faydalıdır.
1 qaşıq kətan toxumunu dördə bir litr suda qaynadıb, 1 saat gözləmək lazımdır və gündə 5 dəfə onunla qarqara edin.

Nəstərən gülünün meyvəsi.

C vitamininə malikdir, immun sistemini gücləndirir.
İstifadə qaydası:
2 qaşıq bu meyvənin əzilmişini dördə bir litr soyuq suda 10 dəqiqə qaynadın və içinə bir qaşıq bal töküb gün ərzində 3 fincan içməyə çalışın.

Gicitkan çayı.

Bədəndəki revmatizm ağrılarını zəiflədər, bel ağrısı üçün və gut xəstəliyi üçün faydalıdır.
İstifadə qaydası:
Bir qədər gicitkanı qaynar suda qaynadıb için.

Darçın çayı.

Həzmə yardım edər.
İstifadə qaydası:
1 çay qaşığı darçını dördə bir litr suda qaynadıb, 10 dəqiqə dəmləmək lazımdır və sonra onu için.

Quru moruq çayı.

İshala yardım edər, ancaq qurusu. Təzə moruq çayı isə əksinə ishalı şiddətləndirə bilər.
İstifadə qaydası:
2 qaşıq quru moruğu 2 stəkan soyuq suya töküb 10 dəqiqə qaynadın. Sonra onu için.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.