Kotlet Resepti

30 Eylül 2016
2 985
0
Kotlet Resepti
Tərkibi:
0.5 kq mal ətinin farşı,
1 ədəd baş soğan,
bir iki dilim çörək,
1 ədəd yumurta,
un və yaxud xüsusi kotlet qızartması üçün qarışımlar,
yağ,
duz-istiot.

Hazırlanması:
İlk öncə çörəyi istadırıq. Əgər evdə süd varsa çörəyi süd ilə istadın. Süd kotleti daha yumuşaq edəcək. Çörəyi istaddıqdan sonra farşı içinə ovalıyın, yumurta, duz-istiot əlavə edin. Soğanı yaxşı olar ki, blenderdə xırdalayasız, blender yoxdursa qorxusu yoxdu çalışın xırda doğruyasız. Soğanı da ətə əlavə etdikdən sonra farşı yaxşıca qarışdırın. Yaxşı olar ki, əllərinizlə qarışdırasız ki, bütün məhsullar yaxşıca qarışsın.

Tavanı qızdırın və yağı əlavə edin. Yağın seçimi artıq sizə qalır. Burada zeytun, qarğıdalı, günəbaxan və kərə yağından istifadə etmək olar, baxır siz hansını xoşlayırsınız. Ayrı bir qaba unu və yaxud xüsusi qarışımı tökün və farşdan hissə-hissə götürərək dairəvi şəkilə gətirib, una yaxşıca batırıb tavada qızartmağa başlayın. Yaxşı olardı ki, tava və yağ lazımı qədər qızmış olsun, əks halda kotletləriniz yapışa bilər.

Kotletin yanında əlbəttə ki, qızardılmış kartofun olması demək olar ki, mütləqdir. Bir iki kartofu yaxşıca yuyub və soyandan sonra, eyni zamanda başqa bir tavada qızarda bilərsiz. Nəticədə çox bir az zamanda dadlı nahar və yaxud şam yeməyi əldə edə biləcəksiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.