Həyatımızın əsl hədəfini necə tapaq?

23 Kasım 2021
1 856
0
Həyatımızın əsl hədəfini necə tapaq?
Həyatımızın hədəfi nədir? Bu sual insan həyatını dəyişdirə biləcək ən mühüm suallardan biridir. Elə bir insan yoxdur ki, bu sualı özünə verməsin. Dünyada yaşayan bəzi insanların həyat xatirələrini və başlarına gələn hadisləri eşidən zaman görürük ki, çoxlarının həyatı məhz bu suala cavab tapan zaman dəyişmişdir. (Tebyan)

Feat.Az deyerler.org-a istinadən bildirir ki, o insanların ki, həyatdakı hədəfləri yemək, içmək, və cismin başqa ehtiyaclarını təmin etməkdirsə, gərək öz hədəflərində şəkk etsinlər. Çünki bu cür insanların həyatı heyvanların həyatından fərlqli deyildir. Biz məhz bunlara görəmi dünyaya gəlmişik?
Quranın bəzi İlahi kəlamlarına nəzər salanda görmək olur ki, bu dünya insanın əbədi yaşaması üçün təyin edilmiş bir dünya deyildir. Allah bu dünyaya bağlanmağı məzəmmət edir və bəyənmir. "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?". ("Ənam" 32).
"Ey mənim qövmüm! Bu dünya həyatı yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və həqiqətən sabitlik və əbədilik evi (təkcə) axirətdir (axirət həyatıdır)". ("Ğafir" 39).
Bu ayələrdən göründüyü kimi, bu dünyanın böyük qiymət və dəyəri yoxdur. Əsl həyat axirətdədir. Ancaq bu, o demək deyildir ki, dünyanın heç bir dəyəri yoxdur. Bu həyat bizi behiştə aparır. Yəni biz bu dünyada etdiklərimizin mükafat və ya cəzasını o biri dünyada qazanacağıq. Əgər bu dünyada yaşadığımız kiçik möhlət zamanı behiştə layiq olmuşuqsa, onda bu dünya bizim üçün dəyər qazanar. Ancaq əgər buradakı əməllərimiz bizi cəhənnəmə aparırsa, deməli bu dünya bizim üçün puç və dəyərsiz olmuşdur.
"Və (möminlərə) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir. Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam". ("Zariyat" 55-56).
Allah Təalanın nurani kəlamlarına görə ibadət və bəndəlik - həyatın əsl hədəfidir. İbadət dedikdə xüsusi ibadət nəzərdə tutulur. Yəni, Allahın bizə öyrətdiyi və yollarını göstərdiyi ibadət və bəndəlik.
Əlbəttə, bəzi işlər vardır ki, onlara da İlahi ibadət rəngini vermək olur. Əgər bütün işlər xeyrxahcasına və aqilcəsinə İlahi rizanı qazanmaq üçün yerinə yetirilərsə, onlara ibadət adını vermək olar.
Həqiqətdə isə ibadət Allah Təalanın qarşısında əyilməklə başlayar.
Beləliklə deyə bilərik ki, həyatın hədəfi - kamala, bəndəliyin və insanlığın ən ali dərəcəsinə çatmaqdır. Bu bəndəlik və insanlıq yolundan hər nə qədər uzaqlaşarıqsa, həyatda düzgün yaşamaq hədəfindən uzaqlaşmış olarıq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.