Gündəlik Həyatda Sizi Daha Ağıllı Edəcək 10 Psixoloji “Biclik”

08 Ekim 2016
2 412
0
Gündəlik Həyatda Sizi Daha Ağıllı Edəcək 10 Psixoloji “Biclik”
Gündəlik həyatımızda bəzi məsələlərin həlli üçün psixoloji metodlara əl atmaq məcburiyyətində qalırıq. Bəziləri bunu manipulyasiya adlandırır və doğru olmadığını deyir. Lakin hər şey qədərində,doğru zaman və doğru məkanda istifadə olunanda,heç bir zərəri yoxdur. Feat.Az da bu gün sizə psixoloqların bir neçə iddiasını toplayıb ki,bu iddialar sizi gündəlik həyatınızda uğura daha yaxın olmağa kömək edəcək.

1. İnsanların ən çox yadında qalan şeylər səhər saatlarında,bir də axşam saatlarında baş verənlərdir. Günün ortasında baş verənlər yaddaşda daha bulanıq formada qalır. Buna görə də əgər iş görüşü keçirmək istəyirsinizsə,bunu erkən saatlarda etməyə çalışın. Vacib söhbətlərinizi isə axşam görüşləriniz zamanı edin.

2. Birqrup insan birlikdə güləndə hər kəs daha çox bəyəndiyi insana baxır. Bu üsulla sizi gizlində bəyənən insanı asanlıqla müəyyən edə bilərsiniz.

3. Əgər həmsöhbətinizdən səmimi bir cavab almaq istəyirsinizsə,bir müddət susun və onun gözlərinə baxın. Adətən belə hallarda qarşıdakı insan narahatlıq keçirir və doğrunu deyir.

4. Əgər kiminsə sizi danlayacağını hiss edirsinizsə,çalışın düz həmin adamın yanında oturun. Fiziki yaxınlıq insanlar arasında müəyyən bağ yaradır və nəticədə aqressiya da xeyli azalmış olur.

5. Kütlə içində hərəkəte dirsinizsə,insanlara deyil,onların arasında qalan məsafələrə baxın. Bu həmin insanları sizin üçün yol açmağa vadar edir.

6. Kimdənsə nəsə istəməkdən çəkinməyin. İnsanlar adətən hər hansı bir mövzuda qayğısına qaldığı insanlara daha çox dəyər verirlər.

7. İnsanın adını birinci görüşdən yadınızda saxlamağa çalışın və ikinci görüşdə ona adı ilə müraciət edin. Bu həmin insanda sizə qarşı xoş təəssürat yaratmış olacaq.

8. Əgər siz xidmət sahəsində işləyirsinizsə,oturduğunun yerin arxasına güzgü yerləşdirin. Bu,növbədə gözləyən insanların daha az darıxmasına və şikayətlənməsinə səbəb olur.

9. Öyrənməyin ən yaxşı yolu öyrətməkdir. Əgər sizi hər hansı bir şey maraqlandırırsa,onun haqqında müəyyən məlumat yığdıqdan sonra ətrafdakılarla da bölüşün. Bu yaddaşınızın da möhkəmlənməsinə səbəb olacaq.

10. Cümlələrinizi “Mənə elə gəlir ki,” “Məncə,” və s. bu kimi sözlərlə başamayın. Bu bir çox hallarda sizə lazım olan qətiyyəti danışığınızda nümayiş etdirmir.
pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.