Bal hansı xəstəlikləri müalicə edir?

13 Ekim 2016
1 496
0
Bal hansı xəstəlikləri müalicə edir?
Balı "min bir dərdin dərmanı" adlandırırlar. FeatAz saglamolun.az-a istinadən bildirir ki, həqiqətən bal insan orqanizminə çox güclü müalicəvi və profilaktik təsir edir, orqanizmi möhkəmləndirir, mikroblara, infeksiyalara qarşı davamlılığını artırır.

1. Bal nəfəsalma sistemi iltihabları (angina, öskürək) zamanı çox yaxşı kömək edir - nəfəs yolları təmizləyir, mikrobları öldürür.
2. Bal qanazlığı zamanı çox faydalıdır, qanda hemoqlobinin səviyyəsini artırır.
3. Bal (xüsusən cökə balı) soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.
4. Bal insanın immunitetini gücləndirir.
5. Bal öz antiseptik və yarasağaldan xüsusiyyətlərinə görə mədədə və bağırsaqlarda olan kiçik xoraları sağaldır, burada yaşayan ziyanlı mikrobların sayını xeyli azaldır. Bu səbəbdən bal mədə və 12 barmaq bağırsağı xorası, xroniki qastrit, enterit, kolit və s. xəstəliklərinin müalicəsi zamanı əvəzsiz vasitədir. Lakin onu da nəzərinizə çatdıraq ki, lazım olan müalicəvi effekt almaq üçün balı uzun müddət ərzində hər gün ilıq suda həll olunmuş şəkildə qəbul etmək lazımdır.
6. Ballı su əla enerji içkisidir. Fəal və gümrah olmaq istəyirsinizsə, səhər tezdən 1 çay qaşığı bal qatılmış 1 stəkan təmiz su için. Bu sizə lazım olan enerjini bəxş edəcək və eyni zamanda mədə-bağırsaq sisteminin "saat kimi" işləməsinə təkan verəcək (xüsusən bu qəbizlikdən əziyyət çəkən insanlar üçün çox vacibdir).
7. Bal dəridə olan furunkulların ( çiban), irinli yaraların və həmçinin stomatitlərin müalicəsində uğurla istifadə olunur.
8. Bal qara ciyər üçün çoxfaydalıdır. Hər səhər 1 çay qaşığı bal əlavə olunmuş 1 stəkan su için. Bu sadə vasitə qaraciyəri çox yaxşı təmizləyir, qara ciyərin fəaliyyətini yaxşılaşdırır.
9. Bal sidik ifrazı sistemi üçün çox faydalıdır - fəaliyyətini yaxşılaşdırır, orada olan iltihablarla mübarizə aparır.
10. Bal kosmetik maskaları üz dərisini daha hamar və cavan edir, xırda qırışları yox edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.