Cadudan necə qorunmaq olar?

02 Ekim 2016
3 104
0
Cadudan necə qorunmaq olar?
Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Allaha sığınmaq, Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:
Namaz qılmaq, həmçinin Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi)
Günahları tərk edərək onlardan tövbə etmək
Feat.Az zikr.az-a istinadən bildirir ki,Qurani-kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, şeytan Bəqərə surəsi oxunan evdən qaçar" (Muslim). Bu zaman heç bir vəsvəsə, qorxu və s. şeylərə fikir verməyərək bunu dayandırmamaq.

Çoxlu zikr etmək. Uca Allah buyurur. "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Buraya "əuzu billəhi minəş-şeytani racim" demək, səhər və axşam zikrləri, yeməkdən əvvəl və sonra, evdən çıxarkən və evə girərkən edilən zikrlər, namazlardan sonra Ayətul-kursi, İxlas, Fələq, Nas surələri oxumaq, yatmazdan əvvəl edilən və digər zikrlər daxildir.
Yuxuda şeytanın vəsvəsəsindən qorunmaq üçün yatmazdan qabaq zikrlər etmək. Peyğəmbər demişdir: "kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz". Daha ətraflı:
Dini öyrənməyə vaxt ayırmaq. İlk növbədə Quranın mənaca tərcüməsini, səhih hədislər və onlara əsaslanan kitabları oxumaq
Bal, qara çörək otu (qara zirə), zəm-zəm suyu, zeytun yağı kimi buyurulan təbii ləvazimatlar istifadə etmək
Əgər cadu olunmuş insanın halı pisdirsə, ona ruqyə edilə bilər.

Cadudan qorunmaq üçün falçı yanına getmək böyük günahdır! Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (Tirmizi).
Cadudan xilas olmaq üçün cadunun yerini tapmaq vacib deyil. Cadu tapılıbsa, suya İxlas, Fələq, Nas, Ayətul-kursi və digər Quran ayələrini oxuyaraq cadunu ora atmaq, quruduqdan sonra isə yandırmaq lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.