Baş Ağrılarına Səbəb olan 5 QİDA

05 Ekim 2016
1 640
0
Baş Ağrılarına Səbəb olan 5 QİDA
Statistika göstərir ki, dünyada yaşayan insanların 30%-i tez-tez təkrarlanan baş ağrılarından əziyyət çəkir. Maraqlıdır ki, bəzi məhsullar baş ağrılarına səbəb ola bilər.Miqren və xroniki baş ağrılarından əziyyət çəkən insanlar bu məhsullardan mümkün qədər çəkinməlidir.

Bu məhsullar arasında:


Pendir
Pendirin tərkibində "tiramin" adlı maddə var. Orqanizmə çoxlu miqdarda daxil olduqda bu maddə baş ağrılarına səbəb ola bilər.

Kolbasa və sosis

Bu məhsulların hazırlanması zamanı nitrat, nitritlər və s. konservantlar istifadə olunur. Bu maddələr damarların sıxılmasına səbəb olur. Damarların sıxılması isə baş ağrılarına gətirib çıxardır.

Dondurma
Ən sevdiyimiz desertlərdən biri olan dondurma da baş ağrılarına təkan verə bilər. Soyuq dondurmanın tez-tez yeyilməsi damarların kəskin sıxılmasına səbəb olur. Bu isə ani baş ağrılarına gətirib çıxardır.

Şokolad
Tünd şokolad kofein maddəsi ilə xüsusilə zəngindir. Çoxlu miqdarda tünd şokolad yedikdən sonra insanda baş ağrısı yarana bilər.

Banan

Banan və xüsusilə də bananın qabığı "tiramin" maddəsi ilə zəngindir. Bu maddə baş ağrılarının inkişafına təkan verir. Banan yedikdə onu çox diqqətlə təmizləyin ki, qabığın i,ərisində olan liflər bananın üzərində qalmasın.
saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.