Bunları bilmək lazımdır…

13 Ekim 2016
1 893
0
Bunları bilmək lazımdır…
Bunları bilmək lazımdır…
* Tərləyən ayaqları 10%-li formalin məhlulu ilə silirlər. Formalin məhlulunu həftədə 2-3 dəfə ayaqları yuyub quruladıqdan sonra çəkirlər.
* Yayda saçlara çoxlu toz qonur. Bunun üçün baş şotkasına köhnə kapron corab dolayır, sonra darayırlar.
* Tez-tez quruyan və qabıq verən dodaqlara 1%-li bor turşusu məhlulu çəkir və ya bitki yağı sürtürlər.
* Yanmış yerə yumurta ağında isladılmış əski qoyurlar. Bu ağrını azaldrır və yara daha tez sağalır. Yanmış yerə tünd çay, marqanez məhlulu da qoymaq faydalı olur.
* Yorğunluğu götürmək üçün ayaqları duzlu suyla vanna etməkdə fayda var.
* Çatlamış dərini qəhvə xıltı ilə ovxaladıqda əllərin dərisi yumuşaq və elastik olur.
* Yatarkən başınızın altına hündür yastıq qoymayın, yoxsa boynunuzun dərisi qırışar.
* Üzün dərisini çirkin göstərən ölmüş dəri toxumalarıdır. Vaxtaşırı bu toxumalardan azad olmaq lazımdır. Dəridə olan ölü toxumaları sərt liflərlə təmizləmək olmaz. Skrablar dərinin belə toxumalardan təmizləmək və yeni dərinin üzə çıxamsına şərait yaratmaq üçündür.
* Ömrünü tamamlayan saçların 1-2%-nin töküldükdən sonra yerinə yeni tük gəlir.
* Saç tökülməsinin qarşısını almaq üçün ilk növbədə onun əmələgəlmə səbəbini aradan qaldırmaq lazımdır.
* Ayaq dırnaqlarında olan göbələklərdən xilas olmaq üçün alma sirkəsini ilıq suya töküb ayaqları vanna eləmək lazımdır. Bu proseduru göbələk əlamətləri aradan qalxana qədər bir-neçə dəfə etmək lazımdır.

immunitet.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.