Tez yorulmaq istəmirsinizsə, bu qidaları yeyin - SİYAHI
Yorğunluğun bir çox amilləri vardır: stress, dərmanlar, işin ağırlığı, xəstəlik və ya yuxusuzluq. Əgər fikirləşirsinizsə ki, yorğunluq uzunmüddətli olacaq, həkimə müraciət edin. Ancaq əksər hallarda belə yorğunluq qeyri-sağlam qidalanmaya görə olur. Qidalanmaqla bağlı olan bu problemi aradan qaldırmaq olar. Feat.Az deyerler.org-a istinadən bəzi tövsiyələr təqdim edir.
1. Protein: balıq, ət, lobya və süd məhsulları.
Əgər siz naharda tərəvəzdən ibarət olan sadə yemək yeyirsinizsə, günortadan sonra yuxunuz gələcəkdir. Ehtimal olunur ki, protein çatışmazlığı vardır. Tədqiqatlar göstərir ki, naharda lazımi qədər protein qəbul etməyən insanlar protein qəbul edənlərlə müqayisədə daha çox yorğun, stresli və fiziki cəhətdən çox zəif olurlar. Protein amin turşuları istehsal edir, bu da bədən üçün ən lazımlı maddələrdən biridir. Bədənin inkişaf etməsində, qan damarlarının, əzələlərin formalaşmasından saçlara qədər mühüm rola malikdir. Bundan başqa bu turşuların bizim ruhiyyəmizə və rəftarımıza da birbaşa təsiri vardır.
2. Dəmir: qırmızı ət, ciyər, lobya növləri.
Dəmir çatışmazlığı nəticəsində qan azlığı əmələ gəlir. Bu da yorğunluğun amillərindən biridir. Ümumi zəiflik, yorğunluq, rəngin qaçması və sınmış dırnaqlar qan azlığının aydın əlamətləridir. Əgər qan azlığı hiss edirsinizsə, həkimə müraciət edin. Ancaq bəzən insan yaralanaraq, qan itirir, bunu isə yaxşı qidalanma ilə aradan qaldırmaq olar. Diqqət etsək görərik ki, dəmir heyvan mənşəli məhsullarda daha çox olur. Əgər bədən dəmir çatışmazlıqlarını lobya və noxudla təmin edə bilirsə, onu mütləq tərkibində C vitamini olan qidalarla qəbul etməlidir. Çünki C vitamini dəmirin tez həzm olunmasına səbəb olar.
3. Karbohidratlar: buğda məhsulları, meyvə və tərəvəz.
Karbohidratlar da bədənə lazım olan ən mühüm maddələrdən biridir. Məsələn, çörək. Tədqiqatlar göstərir ki, səhər yeməyində çoxlu karbohidrat qəbul edən kəslər gün ərzində daha şən və sevincli olurlar. Bundan başqa bilmək lazımdır ki, kəpəyin tərkibində B vitamini vardır. O zaman ki, bədəndə bu vitamin azlığı hiss edilir, enerjinin azalması imkanı daha çoxdur.
4. C vitamini: bəzi meyvələr, brokkoli, yaşıl bibər.
Müasir tədqiqatlar göstərir ki, C vitamininin çatışmazlığı yorğunluq yaradır. Bu vitamin immuniteti də artırır. Yaraların tez sağalmasına və dəmirin tez cəzb olunmasına gətirib çıxarar.
5. Maqnezium: kudunun toxumu, ispanaq.
İspanağın tərkibində çox sayda maqnezium maddəsi mövcuddur. Bu maddə bədəndə az olan insanlar, yorğunluq hiss edirlər.
6. Beta-karotin: kök, şirin kartof.
O zaman ki, yeməyiniz rəngarəng olur, xüsusi enerji hiss edirsiniz.
Kök, şirin kartof, ispanağın tərkibində çox sayda beta-karotin maddəsi vardır. Bu maddə azlığı olan zaman bədən təhlükəsizliyini zəiflədir, yorğun olur. Bu maddə bədəni viruslara, bakteriyalara qarşı müdafiə edir. Bu maddə eritrositlər üçün zəruridir.
7. Potassium: avakado, balqabaq.
Əgər bədəndə potassium maddəsi azalarsa, əzələ zəifliyi yaranar və insan yorğun olar. Potassium qida maddələrinin damarlara ötürülməsinə yardım edir. Ürək döyüntüləri, əzələ hərəkətlərini tənzimləyir. Bu maddə nəticəsində sümüklər sağlam olar.