Sevgidən, günəşdən və s. qorxanlar və ya maraqlı fobiyalar.

Sevgidən, günəşdən və s. qorxanlar və ya maraqlı fobiyalar.
Fobiya yunan sözü olub qorxu, təşviş deməkdir. Məktəb vaxtınız yadınıza düşdü? Həmin vaxtlar bu cür təriflər əzbərləyirdik. Yox əşşi, sizə heç nə əzbərlətdirmək fikrimiz yoxdur. Sadəcə insanların maraqlı fobiyalarından bir az danışaq istədik.

1. Papafobiya. Roma papasından qorxudur. Bu fobiyanın əsirləri adətən dini varlıqlara, məkanlara qarşı narahatlıq, qorxu keçirir.

2. Uranofobiya. Cənnət qorxusu adlanır. Bu fobiyanın əsirləri səmadan və ölüm sonrası dünyadan qorxurlar.

3. Haylofobiya. Ağaclara qarşı olan fobiyadır. Belə insanlar meşə, bağça kimi ağacların üstünlük təşkil etdiyi yerlərə qəti şəkildə gedə bilmirlər.

4. Ambrofobiya. Yağışa qarşı olan fobiyaya verilən addır. Maraqlısı budur ki, araşdırmalara görə bu fobiyaya tutulan insanların demək olar hamısı asosyal adamlardır.maraqlı fobiyalar

5. Triskaidekafobiya. 13 rəqəmindən qorxmaq anlamına gəlir. Həyatda hər kəsin uğursuz saydığı bir şeylər vardır mütləq ama 13 rəqəminə qarşı fobiyası olan insanların qorxusu ifrat səviyyədədir.

6. Filofobiya. Sevgidən, sevməkdən qorxu anlamına gəlir. Bu şəxslər sevgidə məğlub olacaqlarından dəhşətli dərəcədə qorxduqları üçün sevmək haqda qəti olaraq düşünmürlər.filofobiya

7. Heliofobiya. Günəşə qarşı olan fobiyadır. Qəribə səslənə bilər ama bu qorxu əsasən uzun müddət qapalı şəraitdə yaşayan insanlarda bədəndə D vitamininin azalması nəticəsində meydana çıxır.

8. Desideofobiya. Qərar verməkdən qormağa deyilir. Qərar vermək bu insanlar üçün sözün həqiqi mənasında əzabdır.desidefobiya

Əgər sizində bu cür maraqlı fobiyalarınız varsa bizimlə bölüşün.

digger.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.