'Isaak Nyuton"un 19 yaşında ikən etdiyi günahlarını yazdığı siyahı

'Isaak Nyuton"un 19 yaşında ikən etdiyi günahlarını yazdığı siyahı
1642-1727-ci illərdə yaşamış olan məşhur İngilis fiziki Nyuton-u hamımız "Alma və Ətalət qüvvəsi” hadisəsindən tanıyırıq.

Dini bütöv bir insan olaraq bilinən Isaak, nə səbəbdən olduğu tam olaraq bilinməsə də 19 yaşında ikən etmiş olduğu günahları bir siyahı halına gətirib.

Nyutonun 19 yaşında ikən etdiyi günahları yazdığı bir siyahı tapılıb və siyahıda 48 ədəd günah etdiyi yazılıb. Bunlardan bəziləri belədir:

- Insanlardan tanrıdan qorxduğumdan daha çox qorxmaq

- Tanrının evində alma yemək
- Ölməyi ummaq və bunu gözləmək

- Anamı və atamı evlə birlikdə yandırmaqla təhdid etmək

- Pis sözlər, hərəkətlər və xəyallara sahib olmaq

- Bacımı çimdikləmək

- Anamın meyvə və şirniyyat qutusundan bir şeylər oğurlamaq

- Doroti Roz-a "fahişə” demək

- Anama pis davranmaq

- Bacıma pis davranmaq

- Xidmətçilərlə dava etmək

- Dünyəvi dərdləri tanrıdan daha çox düşünmək

- Kilsəyə getməyi unutmaq

- Artur Storer-i döymək

- Edvard Storer-dən gilas oğurlamaq

- İnancıma uyğun yaşamamaq

- John Keys-in papağının içinə, ona batması üçün toplu iynə qoymaq

Dini bütöv bir insan olan Nyutonun, Storerlərlə nə kimi bir dərdi var idi bilmirik amma görünən odur ki, Nyuton heçdə onlara xoş münasibət göstərmirmiş. Birdə ana və atasını ev ilə birlikdə yandırmaq kimi çılğın arzuları olmuş ki, tam olaraq səbəbini bilməsək də zənnimcə buna ərgənlik adı verə bilərik.

Demək ki, dünyanın ən böyük fiziklərindən də olsan, Ərgənliyini yaşayırmışsan :)
Technote.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.