Hər gün 1 qaşıq qəbul edin. TƏBİİ VİTAMİNLİ QARIŞIQ

20 oktyabr 2016
1 479
0
Hər gün 1 qaşıq qəbul edin. TƏBİİ VİTAMİNLİ QARIŞIQ
Soyuq fəaillərdə immun sistemini daim "döyüşə hazır" vəziyyətdə saxlamaq çox vacibdir. Bununla biz özümüzü bir çox soyuqdəymə və infeksion xəstəliklərdən qoruya bilərik.
İmmun sistemimizin möhkəmləndirilməsində vitamin və minerallar xüsusi böyük rol oynayır. Həkimlər süni vitamin-mineral komplekslərinin qəbuluna deyil, təbii vitamin və mineral mənbələrinə (meyvə, tərəvəz, qoz-fındıq, bal və s.) üstünlük verirlər. Bir çox həkimlərin fikirinə görə süni vitaminlər yalnız istisna hallarda (vitamin və mineralların kəskin çatışmazlığı, uzun sürən xəstəlikdən sonra, mədə-bağırsaq sistemində vitamin və mineralların sovrulmasına mane olan pozulmalar olduqda və s.) təyin olunmalıdır. Bütün digər hallarda orqanizm ona lazım olan vitamin və mineralları qidadan almalıdır.
Sizə təbii vitamin-mineral kompleksinin reseptini təqdim edirik.
Tərkib:
- 200 qr ərik qurusu
- 200 qr xurma
- 200 qr qara kişmiş qurusu
- 200 qr qoz
- 200 qr badam
- 200 qr püstə (braziliya qozu, keşyu və s. əlavə edə bilərsiniz)
- 2 iri limon
- 1 stəkan bal
- yarım çay qaşığı darçın
- yarım çay qaşığı zəncəfil
Hazırlanması:
Meyvə quruları təmizlənir, yuyulur, xurmanın qabıqları və çəyirdəyi çıxarılır, limonun çəyirdəkləri çıxarılır. Bütün inqrediyentlər blenderlə əzilir, üzərinə bal və ədviyyatlar əlavə olunur, yaxşı qarışdırılır. Hazır qarışığı quru sərin yerdə saxlayın.
Bu vitaminli qarışıqdan hər səhər 1 xörək qaşığı olmaqla qəbul edin. Uşaqlara yarım - 1 ç.q. vermək olar.

saglamolun.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Bi Papatya Yazılı Şəkilləri 2019 (12)
15:00
81

Bi Papatya Yazılı Şəkilləri 2019 (12)

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?
14:00
98

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?

Bürclərin Acı İntiqamı - Fotolar
13:00
196

Bürclərin Acı İntiqamı - Fotolar

Yuxu gətirən qidalar
12:00
68

Yuxu gətirən qidalar

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept
11:00
93

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)
10:00
417

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)

Tarixdə Bu Gün - 15 Sentyabr
09:00
55

Tarixdə Bu Gün - 15 Sentyabr

Qısqanc Yazılı Şəkilləri 2019 (4)
21:00
999

Qısqanc Yazılı Şəkilləri 2019 (4)

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)
20:00
3 025

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ