Bu qanunları oxuyanda həm güləcək həmdə çox təəccüblənəcəksiniz

Bu qanunları oxuyanda həm güləcək həmdə çox təəccüblənəcəksiniz
Bütün ölkələrdə dövlət qanunlarla idarə edilir. Amma indi eşidəyəcəyiniz qanunlar həqiqətə bənzəməsədə tamamən real və tətbiqedilən qanunlardır.

1. İtaliyada kilsədə yemək yeməyin. İtaliyada yemək yediyiniz yerə diqqət edin. İtaliyanın Florensiya şəhərində kilsənin pilləkənləri üzərində yaxud kilsə ərazisi içərisində bir yerdə oturub yemək yemək cinayət sayılır.

2.Kəpənəkləri narahat etmək qadağandır. (ABŞ-California): Onsuz da həyatlarını qısa bir zaman dilimində yaşayırlar. Buraxın öz hallarında təbiət ilə iç içə yaşasınlar.

3. Uşaqların siqaret satın alması qadağan, çəkməsi sərbəstdir (Avstraliya).
Uşaqların pulu getməsin, sağlamlıqlarını boş verin.

4. Fransada heç bir donuza sahibi tərəfindən Napoleon adı verilə bilməz. Bu qayda Napoleon Bonaparta olan hörmət göstəricisidir.

5. Filippində maşın nömrəsi qadağası. Çox maraqlı həmdə çox absurd olan bu qanun Filippində tətbiq olunur. Belə ki burda maşın nömrəsi 1 -2 ilə bitən maşınlar bazarertəsi, 3-4 ilə bitənlər çərşənbə axşamı, 5-6 ilə bitənlər çərşənbə, 7-8 ilə bitənlər cümə axşamı, 9-10 ilə bitənlər isə cümə günü bu maşınlarla çölə çıxa bilməzlər.

Bunlar da bəzi maraqlı qanunlar:

İngiltərədə Parlament binasında ölmək qanundan kənardır. : Dövlət qısaca ‘Başqa öləcəyiniz yer yoxdu? Gedin və başqa bir yerdə ölün demək istəyir.
Yağış yağarkən çəmənlər sulana bilməz. (Kanada): Səbəbsizcə tətbiq olunan qanunlardan biridir. Hələ məqsədini anlaya bilmiş deyilik.
Saqqız çeynəmək qadağandır yalnız həkimlər resept ilə yaza bilər. (Singapur): Sinqapurda canınız çox saqqız çəksə xəstə təqlidi edə bilərsiniz.
Restoranda yemək yeyən bir müştəri doymadığını bildirərsə hesab ödəməsi qadağan edilmişdir. (Danimarka): Şübhəsiz ki, bu qanun ən bəyənilən qanunlar arasındadır.
Həbsdən qaçmaq qanunlara zidd deyil. (Danimarka): Danimarkada könül rahatlığı ilə cinayət işləyə bilərsiniz.
Şübhəli kürsüsündə ağlamaq qadağandır. (ABŞ-Los Angeles): gözyaşlarınızı özünüzə saxlayın bura ciddi yerdir.
Birinə ilan atmaq qadağandır. (ABŞ-Ohio): Zarafatdan belə olsa Ohioda birinə ilan atmayın.
Ayaqqabıyla yatmaq qadağandır. (ABŞ-Oklahoma): Oklahomada xüsusilə uzun səfərlərdə ayaqqabılarınızı çıxarmağı unutmamağınız məsləhətdir.
Soyuducunun qapısı açıqkən qarşısında yatmaq qadağan edilmişdir. (ABŞ-Pennsylvania): İsraf etməyə ehtiyac yoxdur. Bir az tutumlu olub soyuducunun qapısını bağlayıb yatın.:)
Duşda mahnı oxumaq qadağandır. (ABŞ-Pennsylvania): Potensialınız varsa səs yarışmalarına qatılın niyə duşda oxuyursunuz ki?
Bir insanı boğulmaqdan qurtarmaq, o adamın taleyini dəyişdirmək mənası daşıdığından qadağandır. (Çin): Buraxın rahatca taleyini yaşasın, müdaxiləyə ehtiyac yoxdur.
Bir inəyin yanında sərxoş olmaq qadağandır. (Şotlandiya): İnəyin psixologiyasını pozmamaq lazımdır. Nəticədə o da bir canlıdır.

Bizim qanun, adət ənənələrdən hansı absurddur?
digger.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.