Qatıq yemək həm arıqlamağa kömək edər, həm də...

30 Ekim 2016
1 494
0
Qatıq yemək həm arıqlamağa kömək edər, həm də...
Qatıq o qidalardandır ki, tərkibində vitaminlər və kalsium vardır. Qatıq arıqlamaq istəyənlər üçün münasib yeməkdir. Pendir və başqa süd məhsullarından daha az kaloriyə malikdir. Onu desert kimi də yemək olar. Bu qidanın tərkibində olan protein aclığı uzun zaman aradan qaldırır. Müxtəlif tədqiqatlar göstərir ki, kalsium çatışmazlığı ilə çəkinin artması arasında əlaqə vardır. Son tədqiqatlar da göstərir ki, qatıq yeyənlərin qarın nahiyəsində daha az piy qatı yığılar. Yəqin bilirsiniz ki, qarının böyük olması ürək xəstəliklərinə yol açar. Bu tədqiqatlar 4 il ərzində aparılmışdır. Bu nəticəyə gəlib çatıblar ki, hər gün içilən bir stəkan qatıq çəkini 400qr azaldar. Qatığın tərkibində olan kalsium piy qatını əridər və piy qatının yığılmasına mane olar.
Qatıq diabet xəstəliyi ilə də mübarizə aparar. Son zamanlar aparılan tədqiqatlar göstərir ki, süd məhsulları ilə diabet xəstəliyi arasında əlaqə vardır. Çünki onların tərkibində yağ azdır. Aparılan tədqiqatlar göstərir ki, o insanların ki, gündəlik yeməklərinin üçdə birini süd məhsulları təşkil edir, bu xəstəliyə daha az düçar olurlar. Lakin bunun üçün hər gün süd məhsulu qəbul etmək lazımdır.

Qatıq qan təzyiqini aşağı salar. Son tədqiqatlar göstərir ki, qatıq məhsullarının tərkibində olan peptidlər qan daralmalarının qarşısını alır. Ona görə də qatığı yemək menyularına daxil edənlər qan təzyiqindən az əziyyət çəkirlər.

Qatıq xərçəng xəstəliyi ilə mübarizə aparar. Xərçəng xəstəliklərini müayinə edən beynəlxalq cəmiyyət elan etmişdir ki, süd məhsulları xərçəng riskini azaldır. Tərkibində olan kalsium, D vitamini və süd fermentləri bu xəstəliyin qarşısını ala bilir.
deyerler.org
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET