Dünyadakı bu peşələrə çox güləcəksiniz: ƏN QƏRİBƏ PEŞƏLƏR

08 Kasım 2021
1 571
0
Dünyadakı bu peşələrə çox güləcəksiniz: ƏN QƏRİBƏ PEŞƏLƏR
Top yığan- Golf oynayandan sonra əraziyə düşən bütün topları yığışdırmaqdan ibarətdir işin təsviri.

İnək pedikürçüsü- Avropanın elitar fermalarında inəklərin dırnaqlarını pedikür edən bir qrup işçi kollektivi mövcuddur.

Mebel sınayan- Bu işə yalnız professional işçilər tələb olunur. Dünyanın ən böyük fabrik və dizayner şirkətləri stol və kitab rəflərini çıxmaq şərtilə çarpayı, stul, kreslo üzərində atılıb düşərək mebelin nə qədər keyfiyyətli və davamlı olduğunu müəyyən edir.

Pinqvinləri ayağa qaldıranlar- qütb stansiyalarının ətrafında yaşayan pinqvinlər səma üzərində uçuş edən vertolyotların səsini eşidər eşitməz səmaya baxırlar. Lakin bildiyimiz kimi pinqvinlərin boynu fırlanmadığından dönmək gərəkərkən adətən arxası üstə yıxılırlar yenidən ayağa qalxmaqları isə mümkün olmur, nəticə tələf olurlar. Bu üzdən həmin əraziyə xüsusi təyinatlı işçilər götürürlər ki, pinqvinlər yıxılan kimi onları ayağa qalxızsınlar. Əks halda onlar məhv olurlar.

Qarışqa seleksiyaçısı- Qarışqa fermalarına dəvət alaraq yığılan qarışqaların hansından zəhər (tibbdə istifadə olunur) alınacağını müəyyən edir.


Qoltuq atlı iyləyən- Antipersperant və dezodorant istahsal edən şirkətlərə qoltuq atltı iyləyən işçilər tələb olunur. Demək bu işçi həmin antipersperantı bir qrup insanların qoltuqlarının altına çəkir və həmin gün ərzində məhsulun qoltuqda neçə saat qaldığını və necə təsir etdiyini iyləyərək müəyyən edir.

Beyin çıxaran- Bu ekstravaqant peşə psixiatriya ilə heçdə əlaqəli deyil. Sadəcə işçi restoranlara təklif olunan ölmüş heyvan beyinlərini xəsarətsiz şəkildə çatdırmalıdır. Yəni heyvan öləndən sonra çox səliqəli şəkildə onun kəllə qapağını açaraq beyini oradan səliqə ilə çıxarmalıdır.

Yumurta ayıran- Şirniyyatların hazırlanması üçün Xüsusi dəstin köməyi ilə yumurtaların sarısının ağından ayıran.

Yastıq düzəldən- Bahalı yataq dəsti mebeli satılan mağazalar üçün bu işlə məşğul olan xüsusi işçilər tələb olunur. İşçi sadəcə gün ərzində mağazanı gəzərək əzilmiş yatsıq və yorğanları düzəltməlidir.

Prezervativ yoxlayan- Prezervativ istehsal edən şirkətlərin istehsal etdikləri məhsulun davamlı və keyfiyyətli olduğunundan əmin olmaqları heçdə təəccüblü deyil. Belə ki, onlar milyonlarla insanın həyatını qoruyacaq məhsul istehsal edirlər. Buna görədə şirkət təyin olunmuş 1000 «işçi» arasında məhsulu sınaqdan keçirir. Bir məhsulun sınaq müddəti bir ildir.

Oyun əşyaları üzrə ekspert- Bu cür profesional işçilər ən çox kazino məkanı sayılan Las- Vegas və Monte-Karlo şəhərlərində ehtiyac vardır. Kazino zallarında oyun gedən zaman bütün kart və qəpiklərə nəzarət etməlidir. Solğun qəpik və əzik kartların olmamasından əlavə biclik işlədərək oyunçuların bir birilərini aldatmaması üçündür. Bunun üçün həmin işçi kazino oyunları üzrə mütəxəssis olmaqdan əlavə olduqca diqqətli olmalıdır. Axı burada 1 deyil 2 deyil 100 milyon dollarların taleyi həll olunur.

Yumurta iyləyən- Çox nadir peşə adlansada dünyanın bütün bahalı restoranlarında bu peşənin sahibləri var. İşin təsviri mətbəxdə bütün yumurtaları iyləyərək yeməyin və şirniyyatın tərkibinə qatılacaq yumurtanın lax olmamasından əmin olmaqdır.

Cücələrin cinsi müəyyən edən menecer- Səhvsiz olaraq cücənin dünyaya gəlməsindən bir saat sonra cücənin cinsini müəyyən etməlidir. Hesab edirlər ki, quşların qidalanması və qulluq edilməbi bundan asılıdır.

Təyinatlı qohum- Keçən il Çində yalançı qohum əqrəba təklif edən xüsusi şirkət açılmışdır. Belə ki, toylarda insanların sayının çox olmasını istəyən insanlar bu şirkətdən bir günlük qohum əqrəba icarəyə götürə bilər. Hətta burada ata ana rolunu oynayan insanlarda var.

Ayaqyolu tapan- Yaponiyada dövlət qulluğu hesab olunur. Demək, Yaponiyada şəhərin mərkəzində bir neçə Gid dayanır ki, ona yaxınlaşıb 4 sent uzadaraq sizi yaxın ərazilərdə yerləşən ayaqyoluya aparmağını rica edəsiniz.

Növbə saxlayan- Müxtəlif yerlərdə növbə saxlamaq üçün xüsusi şirkətlərə zəng vurararaq növbədə durmaq üçün bir şəxsi yollamağı rica edirsiniz. Və həmin ünvana gedən insan sizin yerinizə növbədə dayanır nəticə əldə etmək üçün lazım gələrsə dalaşıb savaşırda. Saatı 40 dollardır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.