Hansı IT peşəsində nə qədər pul qazanmaq olar?

Hansı IT peşəsində nə qədər pul qazanmaq olar?
İnkişaf edən IT sahəsinin populyarlığı artdıqca insanların ona olan marağı da artır. Bu yazıda sizə ən çox tələb olunan IT mütəxəssisləri ilə tanış edəcəyik. Belə ki, sahəsindən asılı olaraq hər mütəxəssisin özünə uyğun vəzifə borcları və təbii ki, gəlir səviyyəsi təyin olunur.

1. Sistem adminstratoru

Feat.Az technote.az-a istinadən bildirir ki, bu sahədə çalışmaq istəyənlər ilk öncə kompüterlər, ofis texnikası ilə yaxından tanış olmalıdırlar. Bundan əlavə proqram təminatı haqda məlumat sahibi olması vacib şərtdir. Bu sahədə çalışan şəxslər əməliyyat sistemi, proqramları, həmçinin tətbiqləri quraşdırmağı və işlətməyi bacarmalıdırlar. Yəni texnoloji yenilikləri çox yaxından izləmələdirlər. Hətta lazım gələrsə şirkət işçilərini işlədikləri proqram haqda məlumatlandırmalıdırlar. Sistem adminstratoru iş sahəsində nəzərə çarpmasa da çox ciddi rol oynayır. Sistem adminstratorlarının illik gəliri ABŞ bazarında təqribən 77 min dollar təşkil edir.

2. Böyük məlumat bazası ilə işləyən analitiklər


Bu sahədə çalışanların analitik qabiliyyətləri ilə yanaşı çox yüksək səviyyədə proqramlaşdırma bacarıqlarının olması vacib şərtdir. Con Hokkins Universitetində çalışan Ceffi Lik, analitik olmaq istəyən şəxslərdə əsasən 3 xüsusiyyətin olmasının vacib olduğunu bildirir:

1)Proqramlaşdırma qabiliyyəti olmalı, alqoritmik bacarıqları həll etməyi bacarmalıdır

2)Riyazi və statistik bilikləri olmalıdır

3)Şirkətin maliyyə vəziyyətini analiz etməyi bacarmalıdır

Harvard Business Review təşkilatı hətta bu sahəni 21-ci əsrin ən perspektivli peşəsi elan edib. İnformasiya bütün sahələrdə mövcuddur, əsas olan isə onları necə strukturlaşdırmaqdır. Belə ki, hər keçən gün məlumat bazası böyüyür və onları idarə etmək çətinləşir. Buna görədir ki, bazarda bu sahədə çalışan insanlar xaricdə 119 min dollar illik əmək haqqı alırlar.

3. Proqramist


Bu sahə də digər IT sahələri kimi ən çox tələb olunan sahələrdən biridir. Belə ki, proqramistlik müxtəlif sahələrdə fəaliyyət göstərə bilər.

1)Tətbiq proqramçılığı- oyun, redaktor, messenger, mühasibat proqramçılığı

2)Sistem proqramçılığı- əməliyyat sistemi və interfeys hazırlayırlar

3)Veb-proqramçı- saytlar üçün proqramlar tərtib edib, dinamik veb-saytlar düzəldir

Bu sahədə çalışan mütəxəssislərin illik maaşı təqribən 100 min dollar təşkil edir.

4. İnformasiya təhlükəsizliyi üzrə analitik


Bu peşə sahibləri əsasən informasiya təhlükəsizliyi, ola biləcək risk səviyyəsini araşdırır və onu minimallaşdırmaq haqda fikirlər irəli sürürlər. Məlumatların qorunması vacib şərtdir, çünki hətta onların bir qisminin hackerlərin əlinə keçməsi artıq çox böyük problemlərin başlanmasına işarədir. Ona görə də böyük holdinqlər, kampaniyalar belə analitiklərə hər zaman ehtiyac duyur. İşin mənfi tərəflərindən bir də bu işin 7/24 nəzarətdə saxlanması ilə əlaqəlidir. Bu sahənin peşəkarlarının illik qazancı isə təqribən 90min dollar təşkil edir.

5. Kompüter sistemlərinin analitiki


Bu sahədə çalışan insanlar əsasən proqram təminatının test edilməsində, kompüter sistemlərinin və informasiya sahəsinin araşdırılmasında önəmli rol oynayırlar. Bu sahənin analitiklərinin əsas vəzifəsi sistemdəki, proqram təminatındakı boşluqları tapmaq və onları aradan qaldırmaqdır. Kompüter sistemləri analitiklərinin ortalama maaşı 85 min dollar təşkil edir.

6. Veb developer

Sadə dillə desək veb developer, saytı quran və onu dəstəkləyən şəxsdir. Belə ki, siz sayt düzəltmək istəsəniz bütün məhsuliyyəti veb developerin üzərinə ata bilməzsiniz. Burda veb developerlər də 3 qrupa ayrılır: front-end, back-end, full stack veb developerlər

Front-end veb developerlər demək olar ki, sadəcə saytın görüntü hissəsini həyata keçirirlər.Yəni dizaynerin verdiyi dizayn əsasında görüntü kodlarla yığılır. Back-end əsasən onun görüntüdən kənar olan işlək hissəsini əhatə edir. Bütün baza məlumatlar back-end tərəfindən təmin olunur. Full stack isə əsasən hər ikisini, yəni front və back-endi özündə birləşdirir. Bu sahədə çalışan insanların illik əmək haqqı 64 min dollar təşkil edir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.