Çayı Necə Dəmələyək?

Çayı Necə Dəmələyək?
Elə bilirsiniz ki, çay dəmləmək ən asan işdir: qaynar suyu quru çayın üzərinə tökürsüz və 3-5 dəqiqə dəmdə saxlayıb, süzürsüz?
Çay dəmləmək əslində asan görünsə də, amma bəzi sirləri, incə məqamları var ki, hər xanım onu bilməlidir. Əks halda sizin də çayınız ətirsiz və dadsız alınacaq. Gəlin bu prosesi dərindən öyrənək və evimizə gələnlər bizim çayın dadından, ətrindən uzun müddət danışsınlar.

Çayı Necə Dəmələyək?


Hər şeydən öncə çay seçiminə fikir vermək lazımdır. Keyfiyyətli çay istəyirsinizsə, keyfiyyətlisini də alacaqsınız! Qiyməti bir qədər baha olsa da, əsl təbii çaylar bir başqadır və o zaman ucuzlu, sadəcə rəngdən ibarət olan çayla onun fərqini hiss edəcəksiniz.

Çayı Necə Dəmələyək?


Quru çayı ağzı bağlı qabda saxlamalı, onu rütubət və günəşdən uzaq tutmalısınız. Digər faktor sudur: çay dəmləyən zaman seçəcəyiniz suyun təmiz və keyfiyyətli olmasına fikir verin, çirkli, bulanıq su ilə hazırlanan çay, əlbəttə ki, xoş olmayacaq. Dəm çaydanının də düzgün seçilməsi vacib şərtlərdəndir. Qətiyyən dəmir, metal çayniklərdən istifadə etməyin. Ən ideal dəmlik çini materialdan olanıdır.

Çayı Necə Dəmələyək?


Quru çayın üzərinə heç bir halda qaynar (100 dərəcədə olan) su tökməyin. Çaydan qaynadısa, gözləyin, köpüklənməsi dayansın, daha 1-2 dəqiqə keçdikdən sonra temperaturu təxminən 75 dərəcə olacaq və bu zaman suyu quru çayın üzərinə tökmək olar.
Qara çayın dəmlənmə qaydası – 1 ç.q. quru çayın üzərinə 200 ml. 75 dərəcə olan su tökürük və 4-7 dəqiqə dəmləyirik.
Yaşıl çay – 1 ç.q. quru çayın üzərinə 200 ml. 80 dərəcə temperaturda olan su tökürük və 5-7 dəqiqə dəmləyirik.
Qırmızı çay – 0,5 ç.q. quru çayın üzərinə 200 ml. 90-95 dərəcə olan su tökülür və 5 dəqiqə dəmlənilir.
Ağ çay – 2 ç.q. quru çayın üzərinə 200 ml. 50-70 dərəcə temperaturda olan su tökülür və 5 dəqiqə dəmlənir.

Çayı Necə Dəmələyək?


Çay dəmləndikdən 2 dəqiqə sonra içilərsə, sakitləşdirici təsir bağışlayar.
5 dəqiqə sonra içilərsə, oyadıcı, 6 dəqiqə sonra içildikdə isə artıq sadəcə ləzzətli bir içki sayılar.
Təzə dəm çay ilk 15 dəqiqə ərzində içilməlidir, daha sonra onun bütün faydalı xüsusiyyətləri “ölür”, 7-8 saatdan sonra isə artıq zərərli maddələr ifraz edrək orqanizmə təhlükə törədə bilir. Ona görə köhnə dəmi içmək qəti məsləhət deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.