Hər gün göy soğan yeyin - FAYDALARI

07 Kasım 2016
2 574
0
Hər gün göy soğan yeyin - FAYDALARI
Göy soğanı təbii antiseptik və antibiotik adlandırmaq olar. Onun tərkibində olan bir çox faydalı maddələr mikrobları, virusları, göbələkləri öldürür, immun sistemini gücləndirir, iltihabı azaldır. Feat.Az saglamolun.az-a istinadən göy soğanın faydalarını sadalayır.

- Göy soğan C vitamini ilə zəngindir. C vitamini immun sisteminin fəaliyyətinə çox müsbət təsir edir, soyuqdəymə və qripp xəstəliklərinin qarşısını alır. Soyuq fəsillərdə bu, xüsusilə vacibdir.

- Göy soğan fitonsidlərlə zəngindir. Fitonsidlər təbii antibiotiklərdir, onlar mikrobları öldürür, mikrobların çoxalmasının qarşısısnı alır.

- Göy soğanın tərkibində "kversetin" və "antosian" adlı maddələr var. Bu maddələr güclü şişəleyhinə təsirə malikdir.

- Göy soğanın tərkibində olan xüsusi maddə "allisin" damarların sağlamlığını qoruyur, damarları daha elastik edir, trombların əmələ gəlməsinin riskini azaldır.

- Göy soğan qanın tərkibini yaxşılaşdırır.

- Göy soğan sümüklərə və dişlərə müsbət təsir edir, damaqları möhkəmləndirir.

- Sinklə zəngin olan göy soğan kişi və qadın reproduktiv (dölyaratma) sistemlərinə olduqca müsbət təsir edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.